Çavuşoğlu: “Güclü Azərbaycan Ordusu işğal altında olan torpaqlarını Ermənistandan tək-tək geri aldı”
10:01 10.11.2020
Siyasət
515
“Güclü Azərbaycan Ordusu işğal altında olan torpaqlarını Ermənistanın əlindən tək-tək geri aldı. Ermənistan təslim olduğunu qəbul etdi. Bu, Azərbaycan üçün böyük bir qələbədir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunun Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir Türkiyənin bundan sonra da Azərbaycana dəstək verəcəyini bildirib: “Dünən gecə 3 ölkə arasında atəşkəs imzalandı. Hazırda bunun necə icra olunacağı haqqında danışıqlar gedir. İndiyədək davamlı danışıqlarımız olurdu, bundan sonra da əlaqələrimiz davam edəcək. Dünənki çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu xüsusilə vurğuladı. 30 ildir işğal edilən Azərbaycan torpaqları geri alındı. Daha öncə müxtəlif formatlar vardı: 5+2 və sairə. Hazırda döyüş meydanındakı uğurlar da daxil olmaqla, qısa bir müddət ərzində 7 rayonun tamamilə hamısı qardaş Azərbaycana geri veriləcək. Kəlbəcər və Laçın da Azərbaycanın nəzarətində olacaq. 15 noyabra qədər Kəlbəcər, 1 dekabra qədər Laçın Azərbaycana veriləcək”.
M.Çavuşoğlu Ermənistanın həm işğalçı, həm də hücum mövqeyində olduğu üçün bunun cəzasını ödədiyini vurğulayıb: “Bu, Ermənistana bir dərs olsun. Azərbaycanın qələbəsi xeyirli olsun! Əlaqələrimiz davam edir! Yeni məlumatlar olduqca ictimaiyyət məlumatlandırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm
Prezident Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:39 31.07.2026
Gündəm
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
10:19 31.07.2026
Hadisə