CBC-nin efirində Qarabağa qanunsuz buraxılan əcnəbilər və sülhməramlıların fəaliyyəti müzakirə edilib - VİDEO
Yusif Nəzərli
12:51 07.12.2022
Siyasət
422
Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Sözügedən hadisə, həmçinin, bir neçə gün əvvəl sülhməramlıların nəzarətindəki ərazilərə qanunsuz buraxılan xaricilərlə və ümumilikdə sülhməramlıların fəaliyyəti əlaqədar CBC televiziya kanalında yayımlanan “Spetsialno seyças” (“Xüsusi olaraq indi”) verilişinin efirində jurnalistlərin və ekspertlərin iştirakı ilə müzakirə təşkil olunub.
“Global Media Group”un media direktoru Həmid Həmidov, siyasi icmalçı İlqar Vəlizadə və “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu canlı efir vasitəsi ilə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, bunun müqabilində Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirləri, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə aparılan müzakirələrin doğuracağı mümkün nəticələri müzakirə ediblər.
Həmid Həmidov çıxışında vurğulayıb ki, iki il ərzində sülhməramlı kontingentin Azərbaycan ərazisindəki fəaliyyəti, bu gün də şahidi olduğumuz kimi böyük ölçüdə heç bir qanuni çərçivəyə sığmır:
“Bu gün bizim jurnalistlərə qarşı sərgilənən münasibət, Azərbaycan vətəndaşının, jurnalistinin öz ölkəsinin ərazisində sərbəst hərəkətinə maneə törətmək yolverilməzdir. Sülhməramlının fəaliyyəti sülh və sabitlik yaratmaqdır, məhdudiyyət tətbiq etmək yox. Bu ölkənin vətəndaşlarının öz ölkəsinin torpağında hərəkətinə hansısa qadağanın qoyulması qanunsuzdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil