Cəmiyyətin əhval-ruhiyyəsi bəllidir
Yusif Nəzərli
09:40 01.03.2022
Siyasət
601
“Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyası Ukrayna tərəfdədir”
Elxan Şahinoğlu: “Putin slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı”
“Rusiya ordusu, generalları və hərbi texnikası haqqında miflər dağılmaq üzrədir”. Bunu “Şərq”ə politoloq Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, hərbi ekspertlər də yazırlar ki, Rusiyanın müxtəlif sərgilərdə nümayiş etdirdiyi yüksək texnoloji silahlar yoxdur. Ukraynada istifadə etdikləri hələ ki, köhnə silah və sursatdır: “Ukraynanın millətçi ruhu ilə tanınan şəhəri Lvova desant tökməyə çalışıblar.
Şərqi Ukraynanı anladıq, oranı işğal etmək istəyirlər, Krıma quru yolu ələ keçirməyə çalışırlar. Bəs Rusiya ordusunun Qərbi Ukraynanın mərkəzi - Lvova desant tökməkdə məqsədi nədir? Nəticə əldə etməyiblər. Kremlin siyasi hədəfi də sual doğurur. Tutaq ki, bir müddət sonra Ukrayna ordusunun müqavimətini qırıb Ukraynanın tamamını işğal etdilər. Bəs sonra? Kreml Ukraynanın başına gətirəcəyi kukla prezidentin ukraynalıların tamamını ram edəcəyinimi düşünür? Yəni həm hərbi, həm də siyasi “planlamanı” üzlərinə-gözlərinə bulaşdırdılar. Kremlin əldə etdiyi “nəticə” budur: Slavyan xalqlarını düşmən etdi, Ukrayna və Rusiya iqtisadiyyatlarını dağıtdı, sivil dünyanı qarşısına aldı...”.
Ekspertə görə, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyasının Ukrayna tərəfdə olduğu aşkardır: “Rusiya 2014-cü ildə Krımı ilhaq edib Donbassda separatçı hərəkat yaradanda da cəmiyyətimiz Ukraynanın yanında idi. Azərbaycan rəsmiləri son hadisələr fonunda nə dərəcədə ehtiyatlı mövqe nümayiş etdirsələr də, cəmiyyətdəki əhval-ruhiyyəni görürlər. Kiçik istisnalarla rəsmilərimiz içərisində də Ukraynanın qələbə qazanmasını istəyənlərin sayı az olmaz. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya 5 milyon dollar dəyərində humanitar yardım göndərməyə qərar verdi. Bunun ardınca Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verildiyi xəbəri yayıldı. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri keçmiş illərdə də müharibədən əziyyət çəkənlərə yardım etmişdi. Doğru olan da budur!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm