İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil

Tehran Vaşinqtonun irəli sürdüyü cavabların İranın tələblərinin yerinə yetirilməsini qeyri-müəyyən vaxta təxirə saldığını bildirir.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib.

İranın dövlət teleradio şirkətinin məlumatına görə, Qəribabadi ABŞ-nin cavablarında Tehranın bəzi şərtlərinin yerinə yetirilməsinin gələcəyə saxlanıldığını bildirib. Onun sözlərinə görə, belə olan halda tərəflər arasında razılaşmanın əldə olunması mümkün deyil.

Diplomat qeyd edib ki, Vaşinqton diplomatiyadan sui-istifadə edərək vaxt qazanmaq və yeni hücum üçün zəmin hazırlamaq niyyətində ola bilər.

Qəribabadinin fikrincə, ilk növbədə ABŞ İranın bütün şərtlərinin yerinə yetiriləcəyinə dair lazımi təminatlar verməlidir.