BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombosla görüşüb və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətində davam edən səylər barədə fikir mübadiləsi aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Onlar həmçinin Azərbaycan–Aİ əməkdaşlıq gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində davam edən səylər barədə fikir mübadiləsi aparıblar.