Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul edib
Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul edib
09:10 24.05.2024
Siyasət
417
Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı qardaş Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb.
Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, Şuşa Bəyannaməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən strateji münasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın təmin edilməsində əsas faktor olduğu, Azərbaycan və Türkiyə əməkdaşlığı nəticəsində regional və qlobal ölçülü layihələrin həyata keçirildiyi qeyd edilib.
Naziri Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb.
Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini ifadə edib.
Nazir Ceyhun Bayramov həmçinin təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə daha da gücləndiriləcəyinə əmin olduğunu qeyd edib.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya