Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşdü - FOTO
Yusif Nəzərli
16:41 15.12.2022
Siyasət
508
Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, ilk öncə Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edən nazir ona bu məsuliyyətli işində uğurlar arzulayıb, təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının böyük inkişaf yolu keçdiyini, bu gün beynəlxalq səviyyədə önəminin daha da artdığını vurğulayaraq yüksək səviyyəli görüşlərin əhəmiyyətindən bəhs edib. Dünyada baş verən sürətli proseslər fonunda istər ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, istərsə də yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə təşkilatın mühüm platforma olduğu bildirilib. Ölkəmizin təşkilata üzv ölkələrlə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi, qarşılıqlı əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən biri olduğu vurğulanıb.
Görüşdə həmçinin, C.Bayramov Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz nəticəsində qəsdən ölkəmizin mədəni irsinin məhvi, talan edilməsi və mənimsənilməsindən bəhs edib. Habelə, ötən müddət ərzində ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının Ermənistanın bu illər ərzində danışıqları imitasiya etməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilat çərçivəsində aktiv fəaliyyətini və dəstəyini yüksək qiymətləndirib. Kommunikasiya və nəqliyyat qovşaqlarının açılması ilə bölgədə yaranacaq yeni imkanların üzv dövlətlər arasında iqtisadi potensialın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Görüşdə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məmnunluqla qeyd olunub. Şuşa şəhərinin ev sahibliyi edəcəyi birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi