Ceyhun Bayramovun GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb
17:46 21.11.2023
Siyasət
387
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Görüşdə tərəflər arasında GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb, təsisçi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib.
Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümidvarlıq ifadə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin GUAM çərçivəsində ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə