
CHP-dən yanlış Azərbaycan siyasətinə son: Özgür Özel Bakıya niyə gəlir?
10:30 14.11.2023
Siyasət
531
Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özel ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib.
Bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Yavuz Donata deyib.
CHP sədri ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib. Ö.Özel qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb. “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib.
Onun sözlərinə görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb.
Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz ŞKTC və Azərbaycana etməsi ənənə halını alıb. “İndi də CHP sədri “bu səhvlər tamamilə bizdən qaynaqlanan xətalardır” deyib. CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb. “Hazırlıqlara başladıq”, - partiya sədri bildirib.
Gözlənilən səfəri "Sherg.az"a dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı söyləyib ki, ümumiyyətlə uzun illər CHP-nin Azərbaycana qarşı siyasəti çox yanlış olub:
"Onlar bir çox halda Azərbaycana başqa bir ölkə statusunda yanaşıblar. Yəni digər qonşu dövlətlərlə Azərbaycanı eyniləşdiriblər. Təəssüflər olsun ki, əksər hallarda Azərbaycanda və Qarabağda nə işimiz var kimi tezislər irəli sürüblər. Amma Azərbaycan və Türkiyə əlaqələrinin minilliklərdən bəri gəldiyini ududublar. Bu iki dövləti digər ölkələr kimi səciyyələndirmək düzgün siyasət deyildi. Onun nəticəsidir ki, bu gün Azərbaycan ictimai fikrində CHP-nin reytinqi xeyli səviyyədə aşağıdır. Amma Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AK Partinin kifayət qədər reytinqi mövcuddur. Özgür Özəl CHP-nin indiyə qədər yürütdüyü yanlış siyasəti aradan qaldırmaq və qardaş ölkə tezisini qəbul edərək boşluqları doldurmaq üçün Azərbaycana gəlir. Amma Azərbaycan İqtidarının bu səfərə isti yanaşacağına inanmıram. Çünki Azərbaycan İqtidarının Türkiyənin Ak Partisi ilə çox yaxın münasibətləri var. Bir çox hallarda isə səmimi dostluq əlaqələrinə belə keçib".

T.Abbaslı qeyd edib ki, CHP-nin ölkəmizə gəlməsi və Azərbaycanı öz prioritet məsələlərindən biri kimi görməsi önəmlidir:
"CHP Türkiyənin Böyük Millət Məclisində ikinci ən böyük partiyadır. Eyni zamanda ölkə siyasətinə yön verən əsas iki partiyadan biridir və bir neçə yerli idarəçilik orqanlarında kifayət qədər təmsilçilikləri var. Ona görə də bu münasibətlərin qurulmasının ziyanlı olduğunu düşünmürəm. İqtidarının münasibətini necə olacağını isə zaman göstərəcək. Partiyalararası münasibətlər iki dövlət, bir millət prinsipinə zidd olmamalıdır. Yəni iki ölkənin arasındakı əlaqələrə xələl gətirməməli, əksinə töhfə verməlidir. Bu istiqamətdə görüləsi işlər var. Amma Ö.Özəlin indiyə qədər CHP-nin Azərbaycana münasibətinin yanlış olması kimi fikirlər səsləndirilməsi müəyyən qədər müsbət haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm