Çoxdan müdaxilə lazım idi
Yusif Nəzərli
07:25 01.12.2022
Siyasət
463
Tural Abbaslı: "Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq"
"İllərlə camaatın başına açılan oyunların cəzasını verməlidirlər. Eyni zamanda Naxçıvanın Bakıya birbaşa tabe etdirilməsi də labüddür"
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının aşkarlanması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yoxlamaların aparıldığı bütün qurumlarda ciddi nöqsanların, maliyyə yeyintilərinin və qanunsuzluqların üzə çıxdığı deyilir. Yayılan xəbərlərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib. Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə də xəbər yayılıb. Bəzi saytlarda gedən məlumata görə, Məhərrəm Talıbov Naxçıvandakı antikorrupsiya əməliyyatlarına görə dindirilmək üçün Bakıya gətirilib. Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.
Naxçıvanda aparılan yoxlamalarla bağlı "Şərq"ə danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Muxtar Respublikada baş verən hadisələrə çoxdan müdaxilə etmək lazım idi. Partiya rəhbərinin sözlərinə görə, Naxçıvan özünü "müstəqil dövlət" kimi aparırdı:
"Naxçıvan bir çox hallarda mərkəzin, Bakının qərarlarına tabe olmurdu. Biz bunu pandemiyada və gömrük məsələsində gördük. Kimsə Bakıdan Naxçıvana mal aparırsa, onu yerli gömrükdən də keçirtməli idi. O cümlədən naxçıvanlıların Naxçıvandan kənarda, Bakıda hansısa sənəd almalarında da problemlər var. Bu problemləri efirdən dəfələrlə gündəmə gətirmişik və buna görə bizə qarşı kampaniya təşkil olunmuşdu, hücumlar var idi. O baxımdan Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq. Hesab edirik ki, təkcə maliyyə və gömrük deyil, digər strukturlarda da ciddi araşdırmalar aparılmalıdır. İllərlə camaatın başına açılan oyunların cəzasını verməlidirlər. Eyni zamanda Naxçıvanın Bakıya birbaşa tabe etdirilməsi də labüddür. Artıq proses başlayıb. Naxçıvandakı bütün nazirliklər idarə halına salınaraq Bakıya tabe edilməlidir. Referendum keçirilməli və Naxçıvanın muxtar respublika statusu ləğv olunmalıdır. Unitar dövlətdə muxtar respublikanın olması anlaşılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat