"Demokrat"ın son çırpıntıları...
Turan
08:59 01.12.2020
Siyasət
735
Etiraz edəni, danışanı təhqir edirlər, hədələyirlər
Paşinyan Ermənistan "polis rejimi" qurub
Ermənistan baş naziri Nikol Paşinyan “troll fabrikləri”ndə çalışanların “maaşlarını” artırıb. “Trollara” ödənilən vəsaitin minimum hissəsi bir neçə gün öncə 15 min dramdan 20 min drama (30-40 dollar) qaldırılıb. Məlumata görə, Paşinyanın hakimiyyətə gəlməsindən sonra sistemləşdirilən və təkmilləşdirilən “trol fabriki” əməkdaşlarının “maaş” artımı 44 günlük müharibə nəticəsində yaranmış sosial-iqtisadi, hərbi-siyasi böhranla bağlıdır. Bu məbləğ Nikol Paşinyan hakimiyyətini tənqid edənlərə qarşı hücum kampaniyasında iştirak etmək üçün verilir. “30 nəfərlik briqadalarda” birləşən trol şəbəkəsi birbaşa Paşinyan kabinetinin ictimaiyyətlə əlaqələr departamenti tərəfindən kurasiya olunur. Ümumiyyətlə, Ermənistanda hadisələr baş nazirin nəzarətindən çıxır. Koordinasiya imkanlarını itirən Paşinyan çıxış yolunu “trol ordusundan” istifadə edərək ictimai rəyi çaşdırmaqda, tənqidçi şəxsləri ləkələyib cəmiyyətin gözündən salmaqda görür.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov “Şərq”ə deyib ki, Ermənistan daxilində müxtəlif sosial qruplar, regionlar və siyasi partiyalar arasında qarşıdurma pik həddə çatmaqdadır. Analitik vurğulayıb ki, hakimiyyətin trolları baş nazirə qarşı sosial şəbəkələrdə etiraz edənlərə qarşı təhqir, qorxutma metodlarından istifadə edirlər:
“Sosial şəbəkələrdə hücuma keçən bu qrup təkcə siyasi müxalifətə qarşı deyil, eyni zamanda Nikol Paşinyana və onun daxili, xarici siyasətinə qarşı çıxan sadə vətəndaşlara, əsgər valideynlərinə və qohumlarına qarşı da aqressiya nümayiş etdirir. Onlar eyni zamanda müharibə nəticəsində Ermənistana qaçan erməniləri də hədəfə alırlar. İfşa olunan “trol fabriki” Paşinyanın “demokratik siyasətçi” imicinə növbəti zərbədir. “Trol fabrik”lərində işləyən sadə işçilərə ayda 160 dollaradək əmək haqqı verilirmiş. Onların bəzilərinin əsas fəaliyyəti gün ərzində feysbukda 10-15 feyk profil yaradıb, verilən “tapşırıqları” yerinə yetirmək olub. Bəzi məlumatlara görə, Paşinyanın nəzarətində olan “trol fabrik”lərində gündəlik 60-90 min saxta profildən rəqiblərə qarşı hücumlar edilir, əsasən təhqirlər yağdırılır. Bundan başqa, “168.am” media orqanının jurnalistləri Paşinyana yaxınlığı ilə seçilən oliqarx Samvel Aleksanyana məxsus “Mega Mall” ticarət mərkəzinin ərazisində trolluqla məşğul olanların yerləşdiyi ofisdən kompüter avadanlıqlarının daşınmasını üzə çıxarıblar. Saytın məlumatına görə, Aleksanyan özü bu antimilli qurumun fəaliyyətini şəxsən maliyyələşdirib. “Trol fabriki”nin boşaldılmasına Paşinyanın “Mənim Addımım” blokunun deputatı Hayk Sarkisyan rəhbərlik edib. Bütün bunlar Ermənistanın düşdüyü rəzil durumun bariz nümunəsidir”.
Z.Məmmədov bildirib ki, dünənə qədər “həmrəy erməni” düşüncəsindən danışanlar bu gün əsl simalarını göstərməkdədir:
“Sovetlər dövründə olduğu kimi, indi də Qarabağ və Ermənistan erməniləri biri-birlərinə qarşı soyuq münasibət bəsləyir. Müharibənin nəticələrindən və ərazi güzəştlərindən narazı olan Qarabağdan olan ermənilər Ermənistanda ciddi nifrətlə qarşılanır. Onlar Ermənistandan qovulmaqla təhdid edilirlər.
Yutub, “WP”, teleqram və feysbuk sosial şəbəkələrində bir qrup erməni videolar paylaşaraq mövcud vəziyyətin günahını Qarabağ ermənilərinin üzərinə atırlar. Ermənistanda müxalif fəal, millət vəkili Ani Samsonyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edərək Qarabağ ermənilərinə qarşı kampaniyanın arxasında kimlərin dayandığının araşdırılmasını istəyib.
Samsonyan bu trolların 2.5 ildən artıqdır fəaliyyət göstərdiyini qeyd edib. Deyilənə görə, ilk vaxtlarda trollar ayrı-ayrı kuratorlar tərəfindən idarə olunsa da, hazırda onlara baş nazirin aparatının ictimai əlaqələr və informasiya mərkəzi rəhbərlik edir. Məlumatlara görə, trol qruplarının digər bir qismi Sorosun İrəvandakı ofisi, bir qismi parlamentdəki və nazirlər kabinetindəki müəyyən adamlar tərəfindən idarə olunur.
Uzun sözün qısası, bu gün Ermənistanda Paşinyan tərəfindən “polis rejimi” qurulub. Baş nazirə qarşı çıxan hər bir vətəndaşa qarşı amansız tədbirlər görülür. Paşinyan əsl diktator obrazını çılpaqlığı ilə ortaya qoyub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region