Dostluq belə olmur
Turan
04:22 05.06.2021
Siyasət
8866
İranın gizlinlərinə göz yuma bilmərik
Tehran yenə Ermənistanı və Xankəndidəki separatçıları bu və ya digər formalarda dəstəkləməyə, ermənilərin müharibə yaralarını sarımağa davam edir
“Qonşu İranın Ermənistan üzərindən, “Laçın dəhlizi” vasitəsilə Xankəndinə gizli və şübhəli yüklər göndərməsini aşkara çıxaran video-görüntülər hamımızı məyus etdi”.
Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, İran bunu etməməliydi, bunun adı “humanitar yardım" deyil: “Bizimlə razılaşdırmadan, Azərbaycandan icazə almadan və ya ən azından Azərbaycanı xəbərdar etmədən “yardım” adı altında Xankəndiyə yük daşımağın adını nə istəsəniz qoya bilərsiniz.
Bu, açıq surətdə qaçaqmalçılıq, özbaşınalıq və qonşuluq prinsiplərinə sayğısızlıqdır. Beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir. Ən yaxın qonşularımız tərəfindən erməni separatçılığına dəstək verilməsinin bir daha əyani təsdiqidir. Görünən budur ki, istər 30 ilə yaxın davam edən işğal dönəmində, istərsə də 44 günlük müharibə zamanı Ermənistanı ayaqda saxlamağa çalışan, Xankəndidəki separatçılara silah ötürən İran bu gün də öz məkrli ənənələrinə sadiqdir. Üzdə özünü bizə dost kimi göstərən İran, reallıqda Ermənistanı və Xankəndidəki separatçıları bu və ya digər formalarda dəstəkləməyə, ermənilərin müharibə yaralarını sarımağa davam edir”.
Ə.Hüseynov vurğulayıb ki, Rusiya sülhməramlıları da bu işdə İranla əlbir olmuş kimi görünür:
“Sözügedən yüklər birbaşa rus sülhməramlılarının gözləri önündə daşınır. Bu, Rusiya sülhməramlılarının İranın “yardım”larına humanist yanaşmasıdırmı? Biz yardımların əleyhinə deyilik. Əgər qonşularımız həqiqətən də Xankəndidəki mülki ermənilərə humanitar yardım etmək istəyirlərsə, bunu leqal şəkildə, öncədən rəsmi Bakı ilə razılaşdırmaqla etsinlər. Əgər Bakının bu "yardım"lardan xəbəri yoxdursa, demək ki, bunun adı rəsmən qaçaqmalçılıqdır. Biz hələ bilmirik İrandan bizim ərazimizə “yardım” adı altında nə daşıyırlar. Kim zəmanət verə bilər ki, “yardım” adı altında Xankəndinə silah-sursat daşınmr? Kim zəmanət verə bilər ki, bu gün Xankəndinə daşınan bu “yardım”lar sabah hansısa təxribatlar formasında Azərbaycana qarşı çevrilməyəcək və yaxud, ərazi bütövlüyümüzə təhdid yaratmayacaq? Özünün köməyə ehtiyacı olan İranın məhz Xankəndidəki bir ovuc separatçıya belə canfəşanlıqla kömək etməkdə marağı nədir? İran tərəfi bütün bunlara aydınlıq gətirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya