Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.
Döyüşlər bərpa edilə bilərmi? - Ekspert "yox" deyir: "Çünki Türkiyə və Rusiya..."
Banuçiçək Kalbalıyeva
13:54 11.11.2020
Siyasət
698
"...Arasında dərin diplomatik əlaqələr var"
"Bundan sonra hərbi əməliyyatların bərpa ediləcəyinə inanmıram”
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə “Haber Global” məlumat yayıb. Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.
Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.
Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.
Bu gün isə Türkiyə milli müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub. Özü də iki dəfə. Görünür, döyüşlərin dayanması hələ məsələnin tam həll olunması deyil. Əksinə, bəlkə də, hər şey bundan sonra başlayacaq...
Siyasi analitik Turab Rzayev “Sherg.az”a mövcud vəziyyəti belə təhlil edib:
“Əslində qəbul edilən sənəd sadəcə bəyanatdır. Ortada sülh müqaviləsi yoxdur. Əlbəttə ki, bölgədə iki böyük dövlət- Türkiyə və Rusiyanın təsir imkanları kifayət qədərdir.
Onlardan hansının kimin tərəfində olduğu da aydındır.
Həmin dövlətlər prosesin bundan sonrakı inkişafında mühüm rol oynayacaqlar. Nəzərə almaq lazımdır ki, tərəflər arasında dərin diplomatik əlaqələr var. Bundan sonra hərbi əməliyyatların bərpa ediləcəyinə inanmıram. Rusların təmas xəttində yerləşdirilməsi faktiki döyüşlərin yenidən başlanmasına fiziki olaraq imkan vermir.
Dediyimiz ehtimal yalnız bir halda mümkündür: Ermənistanda hərbi-siyasi hakimiyyətin devriləcəyi və yeni liderin bəyanatı tanımayacağı halda”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm