Əliyev-Paşinyan görüşü barədə İrəvandan - AÇIQLAMA
13:36 04.08.2025
Siyasət
458
Bir sıra media orqanlarında və sosial şəbəkələrdə bu həftə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacağı barədə iddialar yayılıb.
Qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək və sülh sazişi ilə bağlı bəyanat veriləcək.
Bakupost.az xəbər verir ki, Ermənistan hökuməti iddialara münasibət bildirib. Hökumətin mətbuat xidməti Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edib.
“Belə səfərlər olduqda, təbii ki, rəsmi açıqlama verilir və rəsmi açıqlama olduğu halda məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda, bildiyiniz kimi, biz heç bir rəsmi açıqlama dərc etməmişik və ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumatı yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edəsiniz”, - hökumətdən "news.am"a verilən açıqlamada bildirilir.
Xatırladaq ki, liderlər arasında sonuncu görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilib.
Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya