Elşad Musayev: Partiyalar dialoqa müsbət yanaşır
Elşad Musayev: Partiyalar dialoqa müsbət yanaşır
03:13 24.05.2024
Siyasət
374
Problemlərimizi özümüz, kənar vasitəçilər olmadan həll etməliyik
Xəbər verdiyimiz kimi, ötən həftə Prezident Administrasiyasının təşəbbüsü ilə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün görüş keçirilib. Görüşdə Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələri iştirak ediblər. Müzakirələrdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı gördüyü işlərə nəzər salınıb. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndiriblər, ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyalarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilib. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a açıqlamasında deyib ki, Prezident Administrasiyasında keçirilən görüş son 4 ildə siyasi partiyalarla hakimiyyət arasında yaranmış dialoqun daha da inkişafına, milli həmrəyliyə xidmət edəcək. Partiya rəhbəri vurğulayıb ki, görüşdə "Siyasi partiyalar haqqında" yeni qanunun əhəmiyyəti, icra olunmasında və tətbiqi mexanizmində mövcud olan problemlər və s. məsələlər müzakirə edilib:
"Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət Vəliyev siyasi partiyalarla hakimiyyət arasındakı dialoqdan ətraflı danışdı. 44 günlük müharibədən öncə və sonra baş verən proseslərdə iqtidarla digər siyasi partiyaların bir araya gəlməsinin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Hesab edirəm ki, problemlərimizi özümüz, kənar vasitəçilər olmadan həll etməliyik. "Siyasi partiyalar haqqında" qanunun qəbulu zamanı, yəni layihənin müzakirəsində xeyli təkliflərimiz və iradlarımız oldu. Qanun layihəsindəki bəzi məqamları ən sərt tənqid edənlərdən biri mən idim. İradlardan sonra layihədə əhəmiyyətli dəyişikliklər edildi. Məlumata görə, Venesiya Komissiyasının 132 təklifindən 110-u qəbul olundu. İndi siyasi partiyaların borcu, vəzifəsi yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərməkdir".
E.Musayev diqqətə çatdırıb ki, müzakirələr zamanı bəlli oldu ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra Ədliyyə Nazirliyi ilə normal, işgüzar fəaliyyət yaranıb: "Sənədlərin qəbulu, qeydiyyat və digər məsələlər əməkdaşlıq şəraitində həll olunub. Mərkəzi Seçki Komissiyasına hesabatların təqdim edilməsində də problemlər yaşanmayıb. Ortaya çıxan problemlər işçi qaydada həllini tapıb. Maliyyələşmə ilə bağlı bəzi məsələlər də ortaya çıxdı. Bildiyimiz kimi, ianələr verilərkən mütləq MSK-ya məlumat getməlidir. Partiyaya üzvlük haqları bank vasitəsilə ödənilməlidir. Ümid edirik, qeyd etdiyimiz bu məsələlər də müzakirə olunacaq və həllini tapacaq. Bütün problemlər çözülməlidir. Ümumilikdə görüşün böyük əhəmiyyətinin olduğunu düşünürəm. Daxili problemlərimizi dalaşmadan, danışaraq həll etməyi öyrənməliyik. Qarşıdan seçkilər gəlir. Prezident seçkisi kimi parlament və bələdiyyə seçkilərini də dinc qaydada, ədalətli və demokratik keçirtməliyik. Bu, ölkəmizin beynəlxalq aləmdə imicini möhkəmləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya