Elxan Şahinoğlu: ABŞ yeni müharibələrin əleyhinədir
Yusif Sultanoğlu
10:06 02.12.2023
Siyasət
657
Bayden bildirib ki, Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra sabitlik olacaq
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi. Halbuki Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsiylə Krımı ilhaq etdi. Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlandiya Şimali Atlantika Blokuna qəbul olundu. Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg az"a deyib ki, Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Analitik qeyd edib ki, Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir:
"Məsələn, Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kreml sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır. Əslində, Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə hərbi təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən birgə hərbi təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz növbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” dərgisində yayımlanan məqalədə ABŞ hərbi-sənaye kompleksinin müttəfiqləri gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazıb, müqavilələrin sayı artıb. ABŞ Tayvanı silahlandırmaqda davam edir".
Ekspertə görə, buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir:
"ABŞ Prezidenti Cozef Baydenin “The Washington Post” qəzetində yayımlanan məqaləsində Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açıqlayacağını yazıb. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Bu dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya və Sakit Okean bölgəsində vəziyyət nəzarətdən çıxmasın. Buna baxmayaraq, ABŞ ilə Çinin bir-birinə inamları yoxdur, kiçik olay böyük qığılçıma səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm