Əndişə artır...
Yusif Nəzərli
10:47 15.10.2021
Siyasət
469
İranda məxfi görüşlər keçirilir
Bu, Azərbaycanla əlaqələrin normallaşdırılmasından daha çox ölkəmiz əleyhinə növbəti məkirli planlardan xəbər verir
Oktyabrın 13-də İran parlamentində sədr müavini Əli Nikzadın rəhbərliyi ilə toplantı keçirilib. İclasda ali rəhbərin Azərbaycandakı nümayəndəsi Ocaqnejad, İranın Azərbaycandakı səfiri Abbas Musəvi, Kəşfiyyat Nazirliyinin bir sıra rəsmiləri və İranın Azərbaycandakı keçmiş səfiri Əhər Qəzayi də iştirak edib. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini bildirib ki, iclasda Qafqazda baş verən hadisələr ətraflı müzakirə edilib:
“Ümumən Qafqazda və Azərbaycan Respublikasında baş verən hadisələr əlaqədar qurumlarda çox realist şəkildə qavranılır. Təhlillər bölgənin gələcəyi və İranın qonşuları, xüsusilə də Azərbaycanla münasibətləri haqqında aydın fikir yaranır. Ümid edirəm, bu cür görüşlər davam etdiriləcək və İranın Qafqazdakı qonşuları, xüsusilə də Azərbaycanla bağlı strateji sənədlərin hazırlanmasına kömək edəcək”.
İran-Azərbaycan arasında gərginlik günlərdir davam edir. Münasibətlər normallaşmaq əvəzinə daha da ciddi hal almaqdadır. İrandakı bu cür məxfi görüşlər isə Azərbaycanla əlaqələrin normallaşdırılmasından daha çox ölkəmiz əleyhinə növbəti məkirli planlardan xəbər verir.
İranın Azərbaycana qarşı qərəzli mövqeyini “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, iki ölkə arasında münasibətlərin gərgin fazaya keçməsi Gorus-Qafan yolunda polis postunun qoyulmasından və İrana məxsus yük maşınlarının yoxlanmasından sonraya təsadüf edir. Partiya təmsilçisi vurğulayıb ki, yaranmış gərginlik fonunda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşsə də, iki gün sonra həmin yoldan istifadə edən iki iranlı sürücü Azərbaycan ərazilərinə qanunsuz girdikləri üçün saxlanıldı:
“Azərbaycan və İran arasındakı mövcud gərginlik indiyə qədər söz savaşı və sərhəddəki hərbi təlimlər səviyyəsindən kənara çıxmayıb. Amma mövcud narazılığın hərtərəfli münaqişəyə çevrilə biləcəyi ehtimalı hər zaman var. İran Azərbaycanın son nailiyyətlərindən narahatdır. Xüsusən, Azərbaycanın öz sərhədlərinə nəzarəti bərpa etməsindən məmnun deyil. Qarabağ müharibəsində İran-Azərbaycan sərhədinin bir hissəsi Ermənistanın nəzarətinə keçmişdi. İşğaldan sonra sərhəd Horadizə qədər uzandı və 200 kilometrlik bir məsafəni əhatə etdi. Bu, Beyləqan və İmişlidəki sərhəd xətlərinə nəzərən aktiv sərhədlər idi. Hətta İran qanuni cənub sərhədlərindən daha çox Horadizdən Türkiyə sərhədlərinə qədər olan hissədən narahatlıq duyub. Çünki bu sərhəd xətti Ərdəbilə, Təbrizə yaxındır. Hətta Cəbrayılda yaşayış məntəqələri arasında məsafə o qədər yaxındır ki, insanlar çayın o tərəfi ilə rahat danışa bilirlər”.
Analitikə görə, İranın qarşı çıxdığı məqamlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır:
“Zəngəzur dəhlizi açılarsa, İranın Azərbaycan üçün əhəmiyyəti azalacaq. Hazırda Azərbaycan Naxçıvanla İran üzərindən əlaqə saxlayır. Dəhliz açılsa, İrandan asılılıq tamamilə ortadan qalxacaq. Bu da Azərbaycanın daha müstəqil siyasət yürütməsinə gətirib çıxaracaq. İran bundan əndişələnir. Tehran Azərbaycana heç nə edə bilməz, heç buna cəhd etməz. Cənubi Azərbaycandakı 35-40 milyon türkü özünə qarşı qaldırar. Hədə-qorxuların arxasında real addımın dayandığını düşünmürəm. Azərbaycan İrandan qorxmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya