Ərdoğan: “Ayağımıza dolaşanları peşman etdik”
Yusif Nəzərli
09:25 04.05.2023
Siyasət
436
“Əvvəl xəyal qurduq, xəyalın arxasına düşdük. Sonra xəyallarımızı konkret hədəflərə çevirdik. Bizə “edə bilməzsiniz”, “bacarmazsınız” deyənləri, ayağımıza ilişənləri öz mübarizəmizlə peşman etdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də yazıb.
Dövlət başçısı bildirib ki, Türkiyənin 100 illik dastanını 85 milyonluq xalqla birlikdə yazacaqlar.
O, son 40 gündə həyata keçirilən işləri xatırladıb:
“Son 40 gündə müdafiədən nəqliyyata, səhiyyədən maliyyəyə, sosial həyatdan peyk texnologiyasına qədər hər sahədə millətimizə vacib müjdələr verdik. 60 illik bir xəyalın məhsulu olan “Togg”un, ölkəmizin milli döyüş təyyarəsi olan “Kaan”ın, “TCG Anadolu” donanma gəmisinin istifadəyə verilməsi, Qara dənizdə kəşf etdiyimiz təbii qazın ölkəmizə gətirilməsi, “Akkuyu” Atom Elektrik Stansiyası ilə (AES) Türkiyənin nüvə ölkələri liqasına daxil olması, Avropanın ən uzun tuneli olan Ziqananın qısa müddətdə açılması kimi işlərin hər birinin arxasında ciddi zəhmət, siyasi iradə var”.
Ərdoğan qeyd edib ki, 5,10,15 il əvvəl əkilən ağacların meyvəsi indi toplanılır:
“Millətimizə inandıq, ölkəmizin potensialına güvəndik, ən çətin vaxtımızda Allahdan ümidimizi kəsmədik. 40 gündə ortaya qoyduğumuz işlər bu inamın və iradənin nəticəsidir. Bu uğur doğru bildiyi yolda irəliləməyi gözə alanların zəfəridir. İnşallah, birlikdə daha böyük uğurlara imza atacağıq. Yetər ki, özümüzə inanaq, ölkəmizə güvənək, ümidimizi əsla itirməyək. Zəfər inananlarındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region