Ərdoğan Yunanıstanın baş naziri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
17:08 13.03.2022
Siyasət
508
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə liderlər ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini, cari geosiyasi proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və digər məsələləri müzakirə ediblər.
Tərəflər həm Türkiyə, həm də Yunanıstanın Avropanın dəyişən təhlükəsizlik arxitekturasında xüsusi məsuliyyət daşıması barədə razılığa gəliblər. Liderlər iki ölkənin və bütövlükdə regionun maraqlarına cavab verən müsbət gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsini ildə 10 milyard ABŞ dollarına çatdırmaq məqsədinə nail olmaq üçün atılan addımlar da nəzərdən keçirilib.
Prezident Ərdoğan ölkəsinin Ege dənizi ilə bağlı fikir ayrılıqları, milli azlıqların vəziyyəti, terrorla mübarizə və qeyri-qanuni miqrasiya kimi məsələlərdə irəliləməyə hazır olduğunu bildirib.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bütün problemləri səmimi və dürüst dialoqla həll etmək olar.
“Türkiyə və Yunanıstan iki qonşu ölkə kimi təkcə böhranlı dövrlərdə deyil, ümumiyyətlə, aktiv şəkildə əlaqə saxlamalıdırlar”, - Türkiyə lideri vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou