
Ərdoğanın Ankarada verdiyi mühüm mesajlar - RƏY
02:38 21.02.2024
Siyasət
339
Ərdoğan da doğru yolu göstərdi Baş nazir yeni tarixi fürsəti düzgün dəyərləndirərək üzərinə düşəni etməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış zamanı Ermənistanla sülh prosesindən və imzalanacaq sazişdən də danışıb. Ərdoğan bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması dünya və bölgədə yeni ümid mənbəyi olacaq. Türkiyə lideri qeyd edib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir: “Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”.
Ərdoğanın mühüm mesajlarını və çağırışlarını dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, qardaş Türkiyə bu prosesdə daim yanımızdadır və Ərdoğanın mesajları, çağırışları önəmlidir. Analitikin sözlərinə görə, sülh sazişi Azərbaycanın mövqeyinə, maraqlarına uyğun olmalıdır:

"Ermənistan da prosesə səmimi, dürüst yanaşmalıdır. İrəvan hökuməti üçüncü tərəflərin, kənar vasitəçilərin fitnə-fəsadına uyaraq prosesi pozmağa çalışmamalıdır. Heç kəsə sirr deyil ki, Fransa və Hindistan İran üzərindən Ermənistanı silahlandırır. Rusiyanın da guya Ermənistanla münasibətləri pozulub, amma Moskva İrəvanın etimadını qazanmaq üçün ermənilərə silah-sursat göndərməyə davam edir. Ərdoğan məhz bu məqamları nəzərə alaraq Paşinyan hökumətinə çağırış etdi".
Ə.Məmmədli hesab edir ki, əslində, Paşinyan çağırışları qəbul edə bilər. Amma əsas məsələ baş nazirin sülhlə bağlı irəliyə doğru addım atacaq siyasi iradəsinin olub-olmamasıdır: "Ermənistan hakimiyyəti Parisin razılığı olmadan Azərbaycan və Türkiyənin istəyini nəzərə alaraq hansısa addımı atacaqmı? Həmçinin ABŞ və Fransada, o cümlədən başqa ölkələrdə olan erməni diasporası da İrəvan hökumətinə ciddi təzyiq göstərir. Ona görə də hər şey Paşinyanın siyasi iradəsindən asılıdır. Paşinyan Ərdoğanın da dediyi kimi yeni tarixi fürsəti düzgün dəyərləndirərək üzərinə düşəni etməlidir. Ermənistanla şərti sərhədlərdə könüllü surətdə xidmət edən, təxribat törədən qüvvələr var. Onlar orada nə gəzir? Hələlik suallar doğuran məsələlər çoxdur. Bu məsələlər həllini tapandan sonra uzunmüddətli sülhdən danışmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial