Ərdoğanın vasitəçiliyi baş tutmayacaq
Yusif Nəzərli
05:38 11.03.2023
Siyasət
426
Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür
“Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə ancaq və ancaq döyüş meydanında həll ediləcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir. Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bəyan edib. Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir:
“Bunu etmək çətindir, çünki Türkiyə Prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya Federasiyası ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır”. Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan, heç olmasa, bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə lideri R.T.Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq. Analitik deyib ki, İsrail və Səudiyyə Ərəbistanı da Ukrayna-Rusiya arasında vasitəçilik təklifi ilə çıxış edib:
"Ümumiyyətlə, Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür. Türkiyənin vasitəçiliyi baş tutmayacaq. Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə ancaq və ancaq döyüş meydanında həll ediləcək. Ukrayna Prezidenti V.Zelenski dəfələrlə bəyan edib ki, Vladimir Putinlə görüşməyəcək. Təbii ki, Putin də belə bir görüşdə qəti maraqlı deyil.
Ona görə də cənab Ərdoğanın vasitəçiliyi mümkünsüzdür. Görünən odur ki, tərəflər arasında müharibə yaz aylarında yeni mərhələyə keçəcək. Ukraynanın əks-hücumlarının məqsədi də müharibədə ciddi dönüş etməkdir. O səbəbdən nə Qərb, nə də Rusiya danışıqlar masası arxasına keçməyə tələsir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual
Kürdə suyun artması Sabirabadda körpünü sıradan çıxarıb - FOTO
14:46 29.04.2026
Hadisə