Erməni mətbuatı İlham Əliyevin qələbəsindən yazdı:«Paşinyana tutarlı cavab...»
Yusif Nəzərli
08:05 08.10.2019
Siyasət
1151
Ermənistanda müxalifət mediası hökumət tərəfdarlarının hücumuna məruz qalıb.
«Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın aktivist tərəfdarları Paşinyan hakimiyyətini açıq şəkildə tənqid edən müxalif mövqeli « Hayeli.am » saytının ofisinə hücum çəkiblər. Bu 4 gənc hətta adıçəkilən media quruluşunun ofisini yumurta atəşinə tutublar. Üstəgəl, onlar üzərinə həmin saytın nüfuzunu aşağılayan sözlər yazılmış plakatalar qaldırıblar. Erməni gənclər «Hayeli.am»ı Azərbaycan tərəfdarı olmaqda və ya Azərbaycanın lehinə işləyən məlumatlar tirajlamaqda ittiham ediblər.
Bildiriblər ki, sözügedən saytın dərc etdiyi yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə « Valday» beynəxalq diskusiya klubunda səsləndirdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatına diqqət çəkilib.
Və bu, Nikol Paşinyana vurulan sərt bir şillə kimi dəyərləndirilib. Bundan başqa sayt yazır ki, bu ilin avqust ayının əvvəlində Nikol Paşinyanın Xankəndinə gedərək «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» deməsi olduqca yersiz, məntiqsiz və qeyri-konstruktiv bir addım idi.
Çünki Prezident İlham Əliyevin N.Paşinyana cavabını daha geniş auditoriyadan, dünyanın bilim adamları və siyasilərinin qatıldığı bir platformadan bəyan etməsi daha tutarlı və effektiv bir addım oldu.
Həmçinin sayt yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin N.Paşinyana cavabı vaxt baxımından qismən geciksə də, çox güclü bir cavab oldu. Yəni cavab gec oldu, amma güc oldu. Ona görə də, N.Paşinyan indi Xankəndində buraxdığı səhvin cəzasını çəkir. Saytın bu yazısı N.Paşinyan tərəfdarlarının ciddi narazılığına səbəb olub. Onlar “Hayeli.am»ın buna hüququnun çatmadığını iddia ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya