Ermənilər Qarabağ savaşından beziblər
Yusif Nəzərli
05:46 03.05.2023
Siyasət
432
Nikol Paşinyan erməni cəmiyyətini sülhə hazırlamağa cəhd edir
Ermənistan parlamenti Qarabağ separatçılarının birgə iclas keçirmək təklifini rədd edib. Ermənistanın "Hraparak" nəşrinin məlumatına görə, separatçılar birgə "parlamentlərarası komissiyanın iclasları"nın çağırılması ilə bağlı Ermənistan parlamentinə bir neçə dəfə sorğu göndərib. Hətta "iclasın" onlayn rejimdə keçirilməsi təklif olunub. Lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib. Bir müddət qabaq xəbər yayıldı ki, Qarabağda yaşayan ermənilər vaxtı bitmiş pasportları ilə bağlı İrəvana müraciət etsələr də, onlara "yox" cavabı verilib. Bəzi ekspertlər İrəvan və separatçılar arasında soyuq münasibəti Nikol Paşinyan hökumətinin Qarabağ məsələsindən vaz keçməsi kimi dəyərləndiriblər. Onların fikrincə, Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanın daxili işi olduğunu qəbul edir. Ona görə də separatçılara qapıları bağlayır.
Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Nikol Paşinyan erməni cəmiyyətini sülhə hazırlamağa cəhd edir. Analitikin sözlərinə görə, hazırda erməni cəmiyyətinin siyasi indikatoru Paşinyana müxalif olan revanşist siyasi qüvvələrdir:
"Onlar elə də güclü deyil və bütün bunlar onu göstərir ki, cəmiyyət daha çox Paşinyanı müdafiə edir. Ermənilər Qarabağ savaşından beziblər. Lakin Paşinyan səmimi deyil. O üzdə bir şey deyir, əməldə tamam başqa bir şey edir. Paşinyan özünü sülhpərvər siyasətçi kimi göstərməyə çalışır. Bu, ona Qərblə münasibətlərdə lazımdır. Hazırda ABŞ çox böyük fəallıq və konstruktivlik nümayiş etdirir. Avropa İttifaqı da böyük fəallıq göstərir. Əgər Paşinyan əvvəlki illərdə olduğu kimi hərbi ritorika sərgiləsə, Qərbin ona olan marağı sönə bilər və hakimiyyətinin ilk illərində olduğu kimi, o, yenə də Qərb üçün maraqsız siyasi fiqura çevrilər".
Analitikin sözlərinə görə, Qərb R.Koçaryandan və S.Sarkisyandan fərqli olaraq münaqişənin nizamlanması baxımından daha konstruktiv mövqedə olan Paşinyanı dəstəkləyir: "Vaşinqton özünün fəallığının səbəbini gizlətmir. Amerikalı diplomatlar açıq şəkildə bəyan edirlər ki, nə qədər ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Bakı ilə İrəvan sülh sazişi imzalamağa çalışmalıdır. Paşinyan anlayır ki, Qarabağdan imtina etməsə, sülh olmayacaq. Sülh olmasa, Qərb ac Ermənistana kreditlər ayırmayacaq. Kredit olmayacaqsa, Rusiya Paşinyanı devirə biləcək. Bu baxımdan, Nikol açıq şəkildə Qarabağdan imtina etməyə məhkumdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region