
Ermənilərin Qarabağa qayıdışı bundan sonra olduqca çətindir - ŞƏRH
12:37 20.04.2024
Siyasət
486
Zaxarova vəziyyəti yaxşı bilir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir”. M.Zaxarova Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb. Ekspertlərin sözlərinə görə, M.Zaxarova belə bir açıqlama verməyə məcbur qalıb. Mümkündür ki, ona verilən sual da məhz ermənilərin nə vaxt, necə Qarabağa qayıdacağı ilə bağlı olub. Zaxarova da diplomatik tərzdə deyib ki, “Qərbi azərbaycanlılar nə vaxt qayıdarsa, o vaxt”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Mariya Zaxarova yaxşı bilir ki, ermənilərin Qarabağa qayıtmaq niyyəti yoxdur. Hətta bir çox erməni Ermənistanı tərk edib müxtəlif ölkələrə üz tutub:

"Ermənistan isə qalan ermənilərin demoqrafik faktorlar səbəbindən getməsini istəmir. Yəni ermənilərin Qarabağa qayıdışı bundan sonra olduqca çətindir və bu, sırf özləri ilə bağlı təbii məsələdir. Qərbi azərbaycanlılara gəldikdə isə bu gün təşkilatlanan və ata-baba yurdlarına qayıtmaq istəyən yüzlərlə insan var. Yəni bu gün Ermənistan Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planı bənzəri bir plan irəli sürsə, Qərbi azərbaycanlılar daha aktiv və kütlələr halında qayıdar. Lakin Ermənistan bu məsələdə o qədər də maraqlı deyil. Zaxarova bütün bunları bilir və ona ünvanlanan sualdan yayınmaq üçün belə bir cavab verib".
Analitikə görə, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası domino effekti yaratmış, Qarabağın işğalını mümkün etmişdi: "Yəni Qərbi azərbaycanlılar deportasiya edilməsə idi, Ermənistan onlarla hesablaşmalı olacaq, onların reaksiyasını nəzərə alıb işğaldan çəkinəcəkdi. Gələcəkdə bənzər halların baş verməməsi, habelə sülhün əbədi və mütləq olması üçün Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı təmin edilməlidir. Zaxarova konkret buna dair nəsə deməsə də, Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı Bakının strateji hədəflərindəndir. Bu məsələni İrəvan və Bakı gələcəkdə ikili danışıqlar ilə həll edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi