Ermənistan çöküb: Dövlət borcu idarəolunmaz həddə...
Banuçiçək Kalbalıyeva
12:32 01.07.2021
Siyasət
1107
Ermənistanın maliyyə naziri Atom Cancuqazyan parlamentdəki çıxışı zamanı dövlət borcunun nominal və nisbi həcmi idarə olunacaq həddi keçdiyini deyib. O, bildirib ki, Ermənistanın borcu 7,969 milyard ABŞ dollarına çatıb. Nazirin sözlərinə görə, 5,593 milyard dollar hökumətin xarici borcudur. Bu borcun qeyri-rezidentlərdən olması və əsasən valyuta ilə əks olunması risk yaradır. Yəni Cancuqazyan əslində ölkəsinin borc içində batdığını etiraf edib. Maraqlıdır, revanşist iddialarla çıxış edən siyasətçilərin bundan xəbəri oldumu?
ReAl partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında mövcud vəziyyəti təhlil etdi:
“Dünyada xarici borcun Ümumi Daxili Məhsulun (ÜDM) 60 faizini keçməsi vəziyyətin təhlükəli olduğunu göstərir. Ermənistanda isə bu borc 80 faizə qədərdir. Deməli, bu ölkə iqtisadiyyatı kifayət qədər zəifləyib. Vəziyyət tədricən daha da pisləşəcək. Bu, düşmənə siqnal olmalıdır”.
N.Cəfərli revanşistləri “qış yuxusundan oyanmağa” dəvət etdi:
“Təəssüf ki, Ermənistan cəmiyyətinin 30-40 faizi qisasçıdır. Bu sifarişə cavab verən siyasətçilər də var. Lakin ölkədəki sosial-iqtisadi vəziyyət, habelə qonşularla olan münasibət revanş cəhdlərini İrəvan üçün fəlakətə çevirə bilər. Məsələ ondan ibarətdir ki, Ermənistanın hətta müttəfiqi və ən yaxın müdafiəçisi Rusiya ilə də fikir ayrılığı var. Məhz bu nöqteyi-nəzərdən düşmənin nəyəsə cəhd edəcəyinə inanmıram. Əksinə, sülh və əməkdaşlıq istəyənlərin sayı tədricən artacaq. Beləliklə, qonşu ölkələrlə normal münasibətlər formalaşacaq. Ümumiyyətlə, Ermənistan iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, kommunikasiya xətlərinin açılmasına razı olmalı və normal iqtisadi əlaqələr yaratmalıdır. Əks halda, rəsmi İrəvan üçün çox çətin vəziyyət yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya