
Ermənistan gələn il KTMT-dən rəsmən çıxacaq-Rəy
Yusif Sultanoğlu
04:03 23.11.2023
Siyasət
582
Böhranlı vəziyyət Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarında vasitəçiliyini də sual altına alır
Ermənistan parlamentinin spikeri Alen Simonyan da KTMT tədbirində iştirak etməyəcək. O, bu barədə parlamentin iclası zamanı deyib. Simonyan KTMT-nin dekabrda keçiriləcək tədbirinə qatılmayacağını bildirib. Xatırladaq ki, Ermənistanın naş naziri, xarici işlər və müdafiə nazirləri KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasına qatılmayacaqlarını açıqlayıblar. Ermənistan Müdafiə Nazirliyi sammitə Suren Papikyanın da qatılmayacağını elan edib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın noyabrın 23-də keçiriləcək KTMT sammitində Ermənistanın yüksək səviyyədə təmsil olunmayacağına təəssüfləndiyini söyləyib. Onun sözlərinə görə, Kreml İrəvanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir.
Erməni politoloq Qarik Keryan da deyib ki, münasibətlərin donmasının nəticələri birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır: "Rusiya Ukrayna müharibəsində müəyyən uğur əldə etsə, KTMT, Aİİ və MDB kimi beynəlxalq strukturları gücləndirə biləcək. Lakin bu halda Ermənistan yeni platformalar tapmaq və onlardan öz xeyrinə istifadə etmək problemi ilə üzləşəcək. Eməni tərəfinin Qərb, Brüssel və Amerika platformalarında iştirakını nəzərə alsaq, vektorda aydın dəyişiklik müşahidə olunur".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg az"a bildirib ki, Ermənistan Bişkekdə keçirilmiş MDB dövlət başçılarının sammitinə, xarici işlər nazirlərinin şurasına da qatılmadı. Ekspert vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Lukaşenkodan şəxsən Nikol Paşinyanla danışmasını istəyib:

"Ermənistan Rusiyanın moderator olduğu təşkilatlardan de-fakto kənarlaşıb. Növbəti mərhələdə de-yure uzaqlaşacaq. Paşinyan Avropa və ABŞ ilə sıx siyasi-təhlükəsizlik müstəvisində əməkdaşlıq edir. Rusiya ilə əlaqələri isə aşağı səviyyəyə endirib. Gələn ildən başlayaraq Ermənistan KTMT-dən rəsmən çıxmaq istiqamətində müəyyən addımlar atacaq. Bundan sonra Rusiya və Ermənistan arasında siyasi-iqtisadi müstəvidə böhran başlaya bilər. İki ölkə arasında böhranlı vəziyyət Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarında vasitəçiliyini də sual altına alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə