Ermənistan: Məmurlar istefa verir, körpələr girov götürülür... - Böhran alovlanıb !
Banuçiçək Kalbalıyeva
12:58 04.11.2020
Siyasət
798
Ermənistan hərbi-siyasi hakimiyyətindəki çalxalanmalar davam edir. Hətta, deyəsən, baş nazir Paşinyanın “başı gicəllənməyə” başlayıb. Tutmağa bir yer axtarır. Əlini sağa atır, Rusiyadan, sola atır, ABŞ-dan cavab gəlmir. Ona görə də başını əlləri arasına alıb, hirsini məmurlardan çıxarmağa başlayıb. Belə ki, Dağlıq Qarabağ hökuməti casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox məmuru, o cümlədən prezidentin köməkçisini, baş prokurorun müavinlərini, Dövlət Statistika Komitəsinin sədrini və digərlərini vəzifəsindən azad edib. Hələ bu, harasıdır? Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan parlamentdə çıxışında bildirib ki, idarəsi Azərbaycana qarşı döyüşməyə könüllü getmək istəyən məhbusları göndərməyə razıdır.
Bu barədə “Vestnik Kavkaza” xəbər yayır.
O, eyni zamanda, deyib ki, bu cür könüllü məhbusları rəsmiləşdirmək və amnistiyaya riayət olunması vacibdir. Üstəgəl, erməni hüquqşünas Robert Hayrapetyan sosial şəbəkədəki hesabında yazdığına görə, ölkədə yeni doğulmuş körpələrə yalnız ataları könüllü olaraq cəbhəyə getdikdə və uşaqları, anaları xəstəxanalarda girov saxlanıldıqda şəhadətnamə verilir.
“Uşaqları və analarını girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasında oturmağa qərar vermisiniz? Sizdə beyin var?”, - sözləri ilə hüquqşünas məsələyə etirazını bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik halları və xaos getdikcə artır. Ermənistanda qadınlar, qocalar və uşaqlar zorla müharibəyə aparılır və cəbhəyə getməkdən yayınanlar sərt şəkildə cəzalandırılırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov bütün bunlara dair şərhlərini “Sherg.az”la bölüşüb:
“Artıq nəinki xalq, hakimiyyət, hətta siyasi elitada da reallığı dərk edir. Bilirlər ki, haqlı Azərbaycan işğal altındakı bütün torpaqlarını azad edəcək. Ölkədəki ajiotaj heç də təsadüfi deyil.
Seperatçı rejimin 90 faizinin vəzifəsindən azad edilməsi daxili vəziyyətin gərgin olduğunu göstərir. Zabit və əsgərlər Dağlıq Qarabağda zorla saxlanılırlar. Hətta yadınızdadırsa, onlardan bir neçəsinin zəncirlənməsinə dair faktlar da üzə çıxmışdı. Əslində hələ Tovuz hadisələrindən etibarən ermənilər döyüş meydanından qaçırlar.
Ona görə polislər sərhədboyu məntəqələrdə keşik çəkirlər. Görünür, Ermənistan hakimiyyəti xalqı müharibəyə apara bilmir. Hakimiyyət əhalini müharibəyə çağırsa da, cəmi 300 adam könüllü olaraq əlinə silah aldı. Fərarilik halları da artmaqdadır.
İnsanlar döyüşə yollanmamaqdan ötrü saxta koronavirus proqnozu yazdırırlar. Paşinyan hakimiyyətini qorumaq üçün artıq bütün yollara əl atır. O özü də başa düşür ki, hakimiyyətinin son günlərini yaşayır. Fikrimcə, yaxın günlərdə daxili siyasi böhran daha da alovlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm