Ermənistan Rusiyanın sülh masasını istəmir -ŞƏRH
Yusif Nəzərli
03:02 22.08.2024
Siyasət
453
İstəsə belə, bölgədəki planlarını onun üzərindən həyata keçirən Qərb ölkələri tərəfindən qəbul edilməyəcək
“Bakı və Moskvanın gündəliyi yaxındır. Ermənistan danışıqların Moskvada davam etdirilməsinə razı olarsa, Azərbaycan ciddi risklərlə üzləşməyəcək”
Azərbaycanın sülhlə bağlı mövqeyi kifayət qədər konkret və sabitdir. Bu sabitlik fonunda müxtəlif Qərb dairələrinin oynadıqları oyunlar göz qabağındadır. Onlar reallıqları dəyişməyə çalışırlar. Məqsədləri Ermənistan üçün sərfəli sülh gündəmi formalaşdırmaqdır. Buna nail olmaq üçün təzyiq vasitəsi kimi qiymətləndirilə biləcək hərəkətlərə də yol verirlər. Məsələn, Ermənistanın silahlandırılması. Aydındır ki, proses Bakı ilə İrəvan arasındakı qüvvələr nisbətində balans yaratmağa hesablanıb. Qərb ikincini silah-sursatla təmin edib müharibəyə dair subliminal mesaj verməklə, Azərbaycanı tutduğu yoldan çəkindirmək niyyəti güdür.
Mövcud durum da istər-istəməz, barış mühitinə mənfi təsir göstərir.
Qeyd edək ki, 44 günlük müharibədən sonra mövcud platformada üstünlük Rusiyaya məxsus idi. Lakin sonradan, Kremlin başının Rusiya-Ukrayna müharibəsinə qarışması fonunda Qərbin fəallaşmasının şahidi olduq. Burada Ermənistanın Rusiyadan uzaq durmaqla bağlı strateji xətti də öz sözünü dedi. Buna rəğmən Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarında Qərbin vasitəçiliyi effektiv nəticə vəd etmədi. Bunu başa düşən Rusiya da yenidən təşəbbüsü ələ almaq niyyətinə düşüb. Bu təşəbbüs sırf vasitəçilik xüsusunda olmasa da, hər halda Moskvanın durumdan yararlanıb bölgədə fəallaşmaq istəkləri aydın hiss olunur. Ötən günlərdə ölkəmizdə iki günlük dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin də Bakıda Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması, eləcə də sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında təşəbbüsü yenidən ələ almaq niyyətini açıqladı.
Siyasi şərhçi Asif Nərimanlı isə “Sherg.az”a açıqlamasında deyib ki, ABŞ-nin təşəbbüslərinə qarşı əks-həmlə olan bu gedişin baş tutub-tutmayacağı hadisələrin inkişafında bəlli olacaq:
“Mövcud vəziyyətdə isə Putinin bəyanatı daha çox vasitəçiliyə növbəti dəfə “elçi düşmək” məqsədi daşıyır. Belə situasiya – ABŞ və Rusiya arasında təşəbbüs mübarizəsi sülh danışıqlarına, eləcə də ikitərəfli formata zərər verir. Ki, rəsmi Bakı hadisələrin yenidən bu istiqamətdə inkişafında maraqlı deyil. Əliyevin danışıqlar məsələsinə toxunmaması da bundan qaynaqlanırdı. Lakin Putin Bakıda olarkən xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” nəşrinə müsahibəsində “Moskva masasına” açıq olduğumuzu bildirdi.
“Biz müxtəlif platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə münasib olub. Bundan sonra biz bu platformadan istifadə etməyə hazırıq. Son zamanlar məhz Ermənistan tərəfi buna razılıq verməyib”, - nazir qeyd edib. Bu açıqlama o demək deyil ki, Azərbaycan Ermənistanla ikitərəfli formatdan imtina edir, əksinə, Bakı Moskvaya “yox” demədən topu İrəvanın meydançasına göndərir.
Birincisi, Ermənistan Zəngəzur dəhlizinin də daxil olduğu üçtərəfli razılaşmalara istinad edildiyi Rusiya masasında iştirak etmək istəmir. İkincisi isə Ermənistanın belə bir istəyi bölgədəki planlarını onun üzərindən həyata keçirən Qərb ölkələri tərəfindən qəbul edilməyəcək”.
Siyasi şərhçinin sözlərinə görə, Bakı İrəvanın bu təklifdən imtina etmək ehtimalının böyük olduğunu nəzərə alaraq, Rusiyanın diqqətini Ermənistana yönəltmək, həm məsuliyyəti üzərinə götürməmək, həm də Moskva-İrəvan xəttində yaranmış çatları dərinləşdirmək gedişi edir:
“İndi top Ermənistandadır və Putin Bakıda dediyi kimi, Paşinyanla danışanda Rusiyanın vasitəçiliyinin qəbul edilməsinə çalışacaq. Ermənistan danışıqların Moskvada davam etdirilməsinə razı olarsa, Azərbaycan ciddi risklərlə üzləşməyəcək. Çünki Rusiya masasında bizim əleyhimizə olan Qarabağ məsələsi artıq həll edilib, iki əsas məsələ - kommunikasiyanın açılması və sərhədin delimitasiyasında Bakı və Moskvanın gündəliyi yaxındır. Kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini Rusiya da istəyir. Azərbaycan danışıqların Moskva masasına köçürülməsi və regiondankənar oyunçuların uzaqlaşdırılması qarşılığında Naxçıvana yolun dəhliz məntiqi üzərindən açılması ilə yanaşı, sərhədin delimitasiyasında Rusiyada mövcud olan xəritələrin əsas götürülməsinə nail ola və SSRİ dövründə ermənilərə verilən əraziləri aktuallaşdıra bilər. Bütün variantlarda Ermənistan çətin vəziyyətdə qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm