Ermənistan suqsvanq vəziyyətindədir: “Hər bir addımı ziyanına işləyəcək”
Banuçiçək Kalbalıyeva
14:05 13.07.2020
Siyasət
730
Təhlükəsizlik Şurasının bu gün baş tutan növbəti iclasında dövlət başçısı İlham Əliyev düşmənin Tovuz istiqamətindıki təxribatından danışıb. Prezident bildirib ki, baş verənlərə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Dövlət rəhbəri Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə halların baş verdiyini vurğulayıb. O, həmçinin bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma aparacağını söyləyib.
Dövlət başçısının çıxışı barədə “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyevin fikrincə, belə təxribatlar Ermənistanın çətin vəziyyətdə olduğunu göstərir:
“Bu, nə ilk, nə də sondur. Düşmən “gözə kül üfürərək” vətəndaşlarına guya nəyisə dəyişdirməyə çalışdını göstərir. Çünki Ermənistanda vəziyyət çox pisdir. Artıq xaricdəki diaspor da bu dövlətdən üz çevirib. Onlar ayrılan pulların göyə sovrulduğunu, heç bir nəticəyə səbəb olmadığını görürlər. Ermənistan bu gün borc içində batır.
Onun xaricə olan borcları büdcəsindən qat-qat çoxdur. Düşmənimizin nəinki borcu, heç onun faizlərini də qaytarmağa imkanı yoxdur. Həyata keçirilən sosial-iqtisadi layihələrin ard-arda iflasa uğraması yerli əhalini narahat edir. İnsanlar həqiqəti anlayır, dövlətlərinin iflic vəziyyətdə olduğunu başa düşürlər. Onların getdikcə azalması, böyük əksəriyyətin xarici ölkələrə qaçması da bunun bariz nümunəsidir”.
Deputat düşünür ki, Ermənistan hökuməti bu dəfə arzusuna çata bilməyəcək: “Azərbaycan artıq nəinki regionda, hətta qitədə nümunəvi dövlətlərdən biridir. Əlbəttə, bu, Ermənistanı qıcıqlandırır. Onlar ən müxtəlif yollardan istifadə edirlər. Bu lokal əməliyyatlar da həmin üsullardan və konservativ variantlardandır. Amma bu əməliyyatlardan sonra da Paşinyana münasibət dəyişməyəcək.
Çünki insanları 5, 10, 15 il aldatmaq mümkündür. Ancaq ömürlük aldatmaq olmaz. Paşinyan buna çalışsa da, daha onun yalanları heç “ayaq da tutmayacaq”. Şahmat dili ilə desək, Ermənistan suqsvanq vəziyyətindədir. Yəni bundan sonra atacağı hər bir addım onun ziyanına işləyəcək. Biz isə səbrli, təmkinli olmalıyıq. Çünki şahmatda da, siyasətdə də, hərbi də qalib gəlməyin başlıca şərti soyuqqanlılıqdır”.
Parlementari onu da deyib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində də humanist siyasətimizə əsaslanırıq: “Cənab prezident bu barədə dəfələrlə danışıb. Ermənistan qeyd-şərtsiz torpaqlarımızı qaytaracağı təqdirdə, biz Dağlıq Qarabağa böyük investisiyalar yatıracaq, referendumun keçirilməsinə, Azərbaycan icması ilə erməni icmasının birgə yaşamasına şərait yaradacağıq. Yetər ki, xalq bunu dərk etsin.
Lakin Paşinyan məsələnin ciddiliyini heç cürə anlamaq istəmir. O, tutduğu yoldan çəkinmir. Əslində Paşinyanın başqa yolu yoxdur. Trayektoriyasını dəyişməyi Paşinyanın siyasi ölümü deməkdir. Onsuz da o, indi siyasi meyitdir. Ermənistanda heç nə, o cümlədən milli iqtisadiyyat da yoxdur. Belə bir ölkədən nə gözləmək olar ki?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat