“Ermənistan üçün xoşbəxt sonluq yoxdur”
Banuçiçək Kalbalıyeva
11:40 01.07.2020
Siyasət
762
“Hər il 20-30 min ermıni müxtəlif ölkələrə qaçır. Bu ölkəyə maddi kömək zəifləyib, borc isə artır”
“Ermənistan kreditləri qaytara bilmir. Deməli, erməni xalqı canını belə bir hakimiyyətdən qurtarmalıdır”
“Ermənistanın iqtisadiyyatı 15 ildir çökür. Bu cür şəraitdə hansı mübarizədən söhbət gedə bilər?!”
Ermənistanda vəziyyət günü-gündən pisləşir. Bir tərəfdən siyasi iğtişaşlar, digər tərəfdən isə koronavirus pandemiyasının fəsadlarının qarşısında baş nazir Nikol Paşinyan tab gətirə bilmir. O, sözün əls mənasında artıq başını itirib. Bilmir ki, aksiyaların qarşısını alsın, yoxsa koronavirusla mübarizə aparsın. Hətta bəzi ekspertlərin sözlərinə görə, Paşinyan “mat” ola bilər.
Düşmən ölkədəki mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev düşünür ki, Ermənistanın pandemiyanın fəsadlarını aradan qadırmaq üçün gücü yoxdur:
“Atalar demiş, “onların goru varmı ki, kəfəni də olsun?!” Ermənistanın pandemiya ilə mübarizə aparmaqdan ötrü heç nəyi yoxdur. Milli iqtisadiyyatdan isə söhbət gedə bilməz. Ermənistandakı şərait hər kəsə aiddir. Məlumdur ki, düşmənlərimizə xaricdə yaşayan erməni diasporu kömək olur. Ancaq onlar da ümidlərini kəsiblər. “Böyük Ermənistan”ın fantastikadan başqa bir şey olmadığını, əsla reallaşmayacağını anlayırlar. Hətta yerli camaat da hakimiyyətdən üz çevirib. Əhali ildən-ilə azalır. Hər il 20-30 min ermıni müxtəlif ölkələrə qaçır. Bu ölkəyə maddi kömək zəifləyib. Borc isə artır. Ermənistan kreditləri qaytara bilmir. Deməli, erməni xalqı canını belə bir hakimiyyətdən qurtarmalıdır. Ermənistanın iqtisadiyyatı 15 ildir çökür. Bu cür şəraitdə hansı mübarizədən söhbət gedə bilər?!”.
R.Quliyev, həmçinin Azərbaycanla Ermənistanı müqayisə etdi və bildirdi ki, düşmən ölkə hələ də öz mövqeyindən dönmür:
“Ermənistan 70-ci illərdə Türkiyənin Cənubi Amerikadakı bir neçə diplomatını öldürtmüşdü. Həmin siyasət indi də davam edir və bu, onların mənfur xarakterindən xəbər verir. Ermənstanda vəziyyət nə qədər pisləşsə də, özləri bunu etiraf etmirlər. Hamıya yaxşı məlumdur ki, əgər Şimal dəstəyi olmasa, Azərbaycan işğal altında torpaqlarını 3-4 günə azad edər. Çünki onların hərbi gücləri də yoxdur. Azərbaycan ordusunun Ermənistan ordusundan dörd dəfə güclü olması bunu təsdiqləyir. Bizim hərbi gücümüz kifayət qədər olduğu halda dövlət başçımız dəfələrlə təklif edib ki, tapdaq altında olan torpaqlarımız sülh yolu ilə qaytarılsın. Bu, prezidentimizin humanizminin göstəricisidir. Amma onlar razılaşmırlar. Belə davam etdiyi müddət ərzində Ermənistan üçün xoşbəxt sonluq yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət