Ermənistanda gərginlik pik həddədir: məğlubiyyət, aksiyalar, həbslər, istefalar... – XAOS!
Banuçiçək Kalbalıyeva
09:24 13.11.2020
Siyasət
724
“Paşinyanın istefasının tələb edilməsi şübhəsizdir”
“Amma hakimiyyətə küçədən gələn bu adam var gücü ilə taxtından yapışıb”
Ermənistanda daxili vəziyyət getdikcə gərginləşir. Ölkəni etirazlar dalğası bürüyüb. Baş nazir Nikol Paşinyanın həmin dalğanın altında qalaraq boğulması da tam realdır. Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da artıq itirib.
“Lider” ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. Siyasi partiyalar da etirazlara başlayıb. Onlar israrla Paşinyanın istefasını tələb edirlər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyanın istefa verməsi isə artıq son həddir. Bundan o tərəfi yoxdur.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov “Sherg.az”a rəsmi İrəvandakı vəziyyəti şərh edib:
“Birincisi, Ermənistanda çoxları məğlubiyyəti, torpaqların tarixi sahiblərinə qaytarılmasını qəbul edə bilmirlər. Amma yeganə səbəb bu deyil. Etirazçıların əksəriyyəti müxalif qüvvələr, o cümlədən “Daşnak sütun” partiyasıdır. Çünki reallığı dərk edənlər də var. Məsələ ondan ibarətdir ki, indiki vəziyyətdə hakimiyyətdə kim olur olsun, o, kapitulyasiya imzalamağa məcbur idi.
Əlbəttə, sənədin daha əvvəldən imzalanması Paşinyanın xeyrinə olardı. Ancaq məsələni uzatdı. Əgər baş nazir yenə də müqavimətə cəhd etsəydi, aqibəti indikindən də betər olardı. O, özü etiraf etmişdi ki, bu qərarı verməzdən əvvəl ordu rəhbərliyi ilə məsləhətləşib.
Görünür, Paşinyana reallığı başa salıblar. Baş nazirin istefasının tələb edilməsi şübhəsizdir. Amma hakimiyyətə küçədən gələn bu adam var gücü ilə taxtından yapışıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm