“Ermənistandakı aksiyaların “müəllifi” Rusiyadır”
“Ermənistandakı aksiyaların “müəllifi” Rusiyadır”
Yusif Nəzərli
14:08 17.05.2022
Siyasət
439
Ermənistanda hakimiyyətin müxalifətin aksiyalarına müdaxiləsi daha sərt xarakter almağa başlayıb. Erməni mətbuatında bunun səbəbləri də araşdırılıb. “Past” qəzeti aksiyaların hakimiyyətdə ciddi narahatlıq yaratdığını bildirib. Hakim partiyanın bir sıra üzvləri aksiyalarla güc yolu ilə “mübarizə” aparmağı təklif ediblər. Digərləri isə bu cür yanaşmanın əhalini müxalifət ətrafında birləşdirəcəyini qeyd ediblər. Hakimiyyətdə hətta hadisələrin “qan tökülmədən” sakitləşməyəcəyi fikrini dəstəkləyənlər də az deyil.
Qəzetin iddialarını təsdiqləyən addımlar isə artıq bu gündən etibarən özünü göstərməyə başlayıb. Belə ki, bu gün yayımlanan kadrlarda polisin müxaliflərə qarşı ötən günlərlə müqayisədə olduqca sərt rəftarı diqqət çəkib. Hətta etirazçılardan birinin saxlanılarkən qolunun sındırılmasına dair informasiya da mövcuddur.
Keçirilən aksiyalarda polis artıq 414 nəfəri saxlayıb. Həmçinin şəhərin bir sıra ərazilərində polislə müxalifət tərəfdarları arasında toqquşmalar da yaşanıb. Aksiyalar zamanı çəkilən kadrlarda eyni zamanda gülünc məqamlar da qeydə alınıb. Belə ki, polis maşınına zorla mindirilən müxaliflər avtomobilin digər qapısından çıxmağa müvəffəq olublar.
Ermənistandakı vəziyyəti şərh edən siyasi elmlər üzrə fəlsəfə doktor Qafar Çaxmaqlı “Sherg.az”a açıqlaması zamanı bildirib ki, bu aksiyaların “müəllifi” Rusiyadır:
“Rusiya indiki vəziyyətdə Ermənistanı itirmək istəmir. Son zamanlar Ermənistanda da qərbyönümlü siyasətə maraq formalaşmışdı. Bununla bağlı narahatlıq var ki, Rusiyanın zəifləməsi durumunda Qərb Paşinyan hakimiyyətini özünə tərəf çəkə bilər. Ona görə Rusiya meyilli adamların fəallığını təmin etdilər. Parlament müxalifəti Koçaryan, Sarkisyanın frasksiyaları aksiyalarda fəallaşıblar. Onlar Rusiyanın varlığını təmin etmək üçün tədbirlər görürlər. Tədbirlərdən biri də bu aksiyaların davam etdirilməsidir. Onu da vurğulamaq lazımdır ki, son zamanlar Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə müqavilə, saziş bağlamaq yönündə aydın fikirləri var. Onlar buna qarşı çıxırlar. Ermənistan cəmiyyətinin müəyyən hissəsini öz tərəflərinə çəkə biliblər. Amma bu o demək deyil ki, onlar istəklərinə nail olacaqlar. Düşünürəm ki, erməni xalqı interqarsiya , Azərbaycan və Türkiyə tərəfləri ilə danışıqların davam etdirilməsi tərəfdarıdır”.
Q.Çaxmaqlı vurğulayıb ki, əks qüvvələr müxtəlif bəhanələr gətirirlər:
“Bəhanələrdən biri Qarabağın tamamilə Azərbaycana verilməsinin onları təmin etməməsidir. Əslində reallıq ondan ibarətdir ki, 44 günlük müharibədə bu məsələ öz həllini tapıb.Həm də savaş meydanında Azərbaycanın böyük zəfəri var. Bu zəfər ondan ibarətdir ki, gələcəkdə Azərbaycan Ermənistan ilə hər hansı müqaviləni bağlasa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, işğaldan azad olunmamış Xankəndi,Xocavənd, Xocalı və digər ərazilərdə yaşayan ermənilər avtomatik şəkildə Azərbaycan hakimiyyətini qəbul etməlidirlər. Onlar qəbul etməsələr, bölgəni tərk etməlidirlər. Sırf burada qalmaları üçün də ermənilər müxtəlif bəhanələr ortaya atır.
Bilirsiniz ki, Azərbaycan 5 maddəlik sülh sazişi layihəsini qarşı tərəfə təqdim edib. Onlar da demək olar ki, həmin layihəyə 1 bənd də əlavə ediblər. Həmin bənd Qarabağda yaşayan ermənilərin təhlükəsziliyinə təminat haqqındadır. Şübhəsiz ki, Azərbaycan bu təminatı verir. Lakin onlar bununla qane olmur, beynəlxaq təminat istəyirlər. Amma Rusiya da Qərbin burada fəallaşmasını və beynəlxalq təminatın tələb olunmasını həzm etmir və belə mitinqlərə start verib”.
Alimin fikrincə, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmayacaq:
“Hesab edirəm ki, Paşinyan hakimiyyəti bunun qarşısını ala bilər. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq iki yolla həyata keçirə bilərlər. Ya onu sui-qəsdlə öldürə bilərlər, ya da basqın edib xalq üsyanı yarada bilərlər. Xalq üsyanı istisna olunur, çünki onların böyük hissəsi Paşinyanın tərəfindədir. Sui-qəsd törədə bilərlər. Amma düşünürəm ki, bu alınmayacaq. Yavaş-yavaş məsələ öz yoluna qoyulacaq. Ermənistanın başqa yolu yoxdur. Bölgədə sülhün yaradılması üçün beynəlxaq güclər də dəstək verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual