Ermənistandakı ruslar KTMT qoşunu adlandırılacaq ? - Şərh
Fidan Həmişəyeva
11:48 10.08.2021
Siyasət
993
Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. O, səfər çərçivəsində ölkənin Baş naziri Nikol Paşinyan, XİN və Müdafiə nazirlinin rəhbərliyi ilə görüşəcək.
Baş katib bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin siyasi yolla tənzimlənməsi imkanları tükənməyib:
“Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu hər kəs üçün ən yaxşı variant olardı”.
Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov səfərin hansı məqsədlə baş tutduğuna dair fikirlərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, KTMT tamamilə mənasız bir quruma çevrilib:
“Xüsusilə də son vaxtlar Orta Asiya Respublikaları ilə Türkiyə münasibətlərinin yüksək səviyyədə olması ilə KTMT öz mahiyyətini tamamilə itirmək üzrədir.
Ona görə də səfərin bir səbəbi bu ola bilər. Digər səbəb təşkilatın əsas yaradıcısı olan Rusiyanı müəyyən qədər nəzarətdə saxlamaq üçün edilən cəhdlərdir.
Səfər həmçinin Ermənistana siyasi dəstək verəcək bir səfər kimi də qiymətləndirilə bilər. Hər üç halda səfərin heç bir xüsusi və siyasi əhəmiyyəti yoxdur. Çünki Ermənistanda bilavasitə rus qoşunları var. Ola bilsin, gələcəkdə onların adını bəlkə də, KTMT-nin qoşunu kimi adlandırsınlar.
İstənilən halda hamı başa düşür ki, onlar Rusiyanın qoşunudur və rus qoşunu haradadırsa, ora Rusiya ərazisi hesab olunur. Bu baxımdan səfər xüsusi bir əhəmiyyət kəsb etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz