Ermənistandan tələb olunan dialoq və sülhə gəlməkdir
Yusif Nəzərli
06:48 03.05.2023
Siyasət
411
Azərbaycan Qarabağa necə sahibləndiyini və burada söz sahibi olduğunu bir daha sübut etdi
Ermənistan tarixə qovuşmuş Qarabağ münaqişəsini “etnik münaqişə” kimi davam etdirməyə cəhd edir. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması heç də uzaq tarixi keçmiş deyil. Bu hərbi cinayətləri tutarlı tarixi faktlar təsdiq edir. Ayrıca, istər Qərbi Azərbaycanda, istərsə də Qarabağda etnik təmizləməyə məruz qalan şahid qismində minlərlə soydaşımız var. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunlarda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını gündəmə gətirib. Yəni Ermənistan nə qədər cəhdlər etsə də, üzərindəki bu tarixi ləkəni silə bilməz.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında bildirib ki, əslində, bununla rəsmi İrəvan normallaşma prosesinin məcrasını dəyişməyə çalışır. Ekspertin sözlərinə görə, Ermənistan hökuməti dəfələrlə danışıqların formatını dəyişdirməyə cəhdlər edib:
"Hələ 44 günlük Vətən müharibəsindən əvvəl də bu addımlar atılıb. Müharibədə məğlub olduqdan sonra Ermənistan üçtərəfli bəyanat imzalayaraq üzərinə öhdəliklər götürüb. İndi bu öhdəlikləri yerinə yetirməyə siyasi iradəsi çatmayan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Azərbaycana qarşı avantürsit çıxışlar edir. Son olaraq Nikol Paşinyan aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımları “etnik təmizləmə” kimi qələmə verməyə çalışıb. Paşinyan bundan bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də telefon danışığında bu kimi uydurma iddialar səsləndirib. Ümumiyyətlə, dünya erməni lobbisi hazırda Azərbaycana qarşı bu yöndə sərsəm iddialarla çıxışlar edirlər. Xüsusən də Amerika Erməniləri Milli Komitəsi (ANCA) beynəlxalq aləmi aldadaraq Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyasını ermənilərin “blokada”sı kimi təqdim etdi. Bu baxımdan erməni lobbisinə əsasən ABŞ və Böyük Britaniya parlamentariləri dəstək verirlər. Hətta bununla bağlı bir neçə dəfə bu ölkələrin deputatları uydurma bəyanatlar da yayıblar".
F.Hüseynzadə əlavə edib ki, son zamanlar ermənilər tərəfindən separatist və təxribat xarakterli addımların atılması müşahidə olunur:
"Əlbəttə ki, bunun səbəbi məlumdur. Ötən ilin dekabrından Laçın-Xankəndi yolunun sonunda etiraz aksiyaının keçirilməsi, aprelin 23-də isə elə eyni yolun başlanğıcında Azərbaycan tərəfindən sərhəd-nəzarət buraxılış məntəqəsinin qurulması ermənilərdə belə aqressiya yaradıb. Bununla Azərbaycan Qarabağda qanusuz daşımaların və giriş-çıxışın, eləcə də separatçılığın qarşısını almış olacaq. Azərbaycan Qarabağa necə sahibləndiyini və burada söz sahibi olduğunu bir daha sübut etdi. Ermənistandan isə tələb olunan dialoq və sülhə gəlməkdir. Yəni bu məsələ Ermənistan rəhbərliyi ilə dəfələrlə müzakirə edilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanla arasında sülh müqaviləsi imzalamaq üçün beş prinsipi təklif edib. Ermənistan təkliflərlə bağlı tam razılığını bildirsə də, sonradan öz havadarlarının dediyini edərək razılaşmaları pozur. Paşinyan hələ də anlamır ki, bu məsələnin həll yolu yalnız Azərbaycan və Ermənistan arasında anlaşmadan sonra mümkündür. Başqa formada bunun həlli yolunu tapmaq mümkün deyil. Yalnız bu istiqamətdə aparılan danışıqlar sülh sazişinin bağlanmasına imkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region