Fikir ayrılıqları: Görüşlər heç biri nəticə vermir
11:47 01.12.2023
Siyasət
502
30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.
Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərmanlı bildirib ki, rəsmi məlumatlara baxdıqda delmitasiya üzrə komisiyyanın keçirilən iclasında ciddi bir razılaşmanın əldə olunmadığının şahidi oluruq:
“Bu sayca 5-ci belə görüş idi. Dünən keçirilən görüş və bundan öncə keçirilən görüşlərin heç birində ciddi bir irəliləyiş əldə olunduğu müşahidə olunmur. Bu dəfəki görüşün digərlərindən yeganə fərqi komissiyaların birgə fəaliyyətinə əsaslanan əsasnamənin yaradılması haqqında razılaşmanın əldə olunmasıdır. Doğrudur, nəzəri olaraq işlər görülür. Amma praktiki olaraq görüşlərin heç biri nəticə vermir”.
Siyasi şərhçi proseslərin gedişatını izlədikdə nəticənin əldə olunacağı da inandırıc görsənmədiyini vurğulayıb:
“Çünki tərəflər arasında ciddi fikir ayrılıqları var. Ermənistan tərəfi proseslərdən maksimum şəkildə qazanclı çıxmağa çalışır. Azərbaycanın 8 kəndi hələ də təhvil verilməyib. Ermənistan 8 kənd və otlaq adı altında onlara verilmiş tarixi Azərbaycan torpaqlarını qaytarmamaq üçün prosesləri uzatmağa cəhd göstərir. İrəvan hakimiyyəti SSRİ dağılarkən müəyyənləşmiş xəttlərlə xəritə formalaşdırmaq tərəfdarıdır. Azərbaycan tərəfi isə bunu qəbul etmir. Çünki Azərbaycan tərəfin maraqlarına uyğun deyil. Məsələnin həlli üçün 8 kənd və otlaq adı altında verilən torpaqlar qaytarılmalıdır. Azərbaycanın Ermənistan dövləti ilə heç bir ərazi iddiyası yoxdur. Sadəcə tarixi torpaqlarının tam bərpasını istəyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya