Finlandiya Prezidenti Putin-Zelenski görüşünün baş tutacağına inanmır

Rusiya-Ukrayna müharibəsi ən azı payıza qədər davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb deyib.

O bildirib ki, Ukrayna rəhbəri Volodimir Zelenski ilə Rusiyanın ölkə başçısı Vladimir Putin arasında görüşün baş tutması, çətin ki, mümkün olsun.