Fransa Prezidenti reallıqlarla barışmaq məcburiyyətində qaldı
Turan
09:19 24.11.2020
Siyasət
2400
Makronun soyuq və ayıq başla düşünməyə vaxtı olub
Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etdiyi video-görüntü yayılıb. Prezident deyib ki, beynəlxalq hüquqa əsasən, həmin ərazilər Azərbaycana məxsusdur və əgər suveren dövlətin xahişi yoxdursa, bu məsələyə qarışmamaq lazımdır. Video-görüntünü Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber “Facebook” səhifəsində paylaşıb. O, Fransa prezidentinin çıxışından da sitat gətirib. Lamber bunu “gecikmiş çıxış” adlandırıb və nəhayət, dövlət başçısının dilindən formal etiraf eşitdiyini söyləyib: “Bu barədə çox danışırdım. Dağlıq Qarabağ həqiqətən Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazidir.
Emmanuel Makronun gecikmiş çıxışı fransız diplomatiyasının BMT qətnamələrinə səs verərkən daima tutduğu mövqeyə uyğundur”. Lamber beynəlxalq hüquqa söykənən mövqeyinin nəhayət qəbul edildiyinə sevindiyini deyib: “Bilirdim ki, beynəlxlaq hüquqa söykənən mövqeyim nəhayət qəbul ediləcək”. Bəzi ekspertlərin fikrincə, Rusiya Prezidenti Putinin Makronla danışıqları və bəzi təhlükəli məqamları izah etməsi Parisin mövqeyində dəyişiklik edib. Çünki Fransanın tutduğu mövqe Rusiyanın regionda fəaliyyətini təhdid edirdi. Xüsusilə, Qarabağın “müstəqilliyinin” tanınması barədə ortaya atılan sənəd ciddi skandala yol aça bilərdi. Həmçinin, ehtimal edilir ki, Fransa prezidenti bu açıqlama ilə siyasi manevr edərək Minsk Qrupunun həmsədri kimi proseslərdə iştiraka razılıq almaq ümidindədir.
Makronun sərsəm iddialarından vaz keçməsini “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli vurğulayıb ki, Fransa prezidenti siyasi reallıqla barışmaq məcburiyyətində qalıb. Analitikin sözlərinə görə, rəsmi Paris siyasi sövdələşmənin başa çatdığını və mühüm proseslərdə Fransanın olmadığı reallığını dərk etməyə başlayıb:
“Makron erməni lobbisinin xoşuna gəlmək, onların dəstəyini almaq üçün ağlına gələni danışır, Qarabağın “statusu” haqqında absurd fikirlər səsləndirirdi. Görünür, soyuq və ayıq başla düşünməyə vaxtı olub. İndi Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edir. Bilirsiz, həqiqət elə bir şeydir ki, əvvəl-axır hamı onunla razılaşmaq məcburiyyətində qalır.
Rusiya rəhbərliyinin və ictimaiyyətinin də yanaşmaları xeyrimizə dəyişməkdədir. Əlbəttə, bunlar müsbət haldır. Döyüş meydanındakı uğurlarımızı diplomatik müstəviyə daşıyırıq.
Nəzərə alaq ki, hazırda bizim üçün Fransanın yox, Rusiyanın mövqeyi daha önəmlidir. Düzdür, Fransa da müəyyən təsir imkanlarına malikdir, amma Azərbaycan düşünülmüş addımları ilə həmsədrləri neytrallaşdırmağı bacardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya