
Fransada "erməni ideologiyası" məğlub olub: “Faşist dəyərlərinə yer yoxdur”
Yusif Nəzərli
13:51 21.04.2022
Siyasət
821
Aprelin 10-da Fransada baş tutan prezident seçkilərindən sonra Fransa daxilindəki bir sıra ciddi sosial və daxili problemlər gün üzünə çıxıb. Seçki sonrası aydın görünən digər məsələ isə erməni lobbisinin nüfuzunun azalmasıdır. Bunu Ermənistanın dəstəklədiyi, hətta, İrəvan və Xankəndiyə dəvət etdiyi namizədlər olan Valeri Pekress və İdalqonun cüzi səs toplamasında gördük. Bununla da ermənin lobbisinin illərdir, özü haqqında yaydığı miflər darmadağın oldu və şişirtmə məlumatlar olduğu bilindi. Görünür, erməni lobbisi yalnız bələdiyyə səviyyəsində təsirə malikdir, ümummilli səviyyədə isə onun nüfuzu çox aşağıdır.
Bunlarla yanaşı, erməni lobbisi həmişəki kimi prinsipsizlik və siyasi “flügerlik” nümayiş etdirir. İkinci turda Rusiyaya yaxın LePenin seçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisi Makrona dəstək olacağını bəyan edib. Bu etirafla da onlar bir daha öz daxili dünyalarını göstərmiş oldular.

Erməni lobbisinin Fransadakı mövqeyini “Sherg.az”a şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, erməni lobbisi siyasi korrupsiayların təzahürüdür:
“Düşünürəm ki, seçkilərdəki uğursuzluqlarına baxmayaraq, həm Fransa parlamenti və mediasında, həm də bir sıra qeyri-hökümət təşkilatlarında erməni diasporunda işləyib, lobbiçilik edən şəxslər çoxdur. Ona görə də Azərbayacana qarşı Fransa parlamentində onlar bir sıra sənədləri keçirdə biliblər. Çünki bu bir növ siyasi korrupsiyanın təzahürüdür. Bu zəngin diaspor siyasətçilər üçün maliyyə vəsaitləri ayırır, onların bir sıra lobbiçiliklə məşğul olan jurnalist və hüquqşünasları var. Ona gör də biz düşünməməliyik ki, Fransa və Avropada erməni lobbiçiliyi dayandırılıb. Əksinə, onlar öz işlərini davam etdirirlər. Çünki anlayırlar ki, Fransada "erməni ideologiyası" məğlub olub. Çünki bu gün onların özlərinin ideyalarının arxasında əsas faşist ideyalar dayanır. Bu gün dünyada faşizmlə mübarizə artır. Ona görə onların faşist dəyərlərinə yer yoxdur. Onlar korrupsiyaya uğramış siyasətçilərdən istiafədə edərək bəyanatlar yayırlar, mətbuata təzyiq göstərirlər, qeyri-hökümət təşkilatlarını Azərbaycana qarşı istifadə edirlər. Amma real vəziyyət ondan ibarətdir ki, Ermənistanda yaşayan ermənilər o diasporun siyasətindən imtina edir. Hərbi cinayətkarlar olan müxalifətdəki siyasətçiləri erməni xalqı qəbul etmir. Müharibə məğlubiyyətinrən sonra seçki keçirilib, yenə də onlar müharibəyə “yox” deyirlər. Çünki onlar bu qırğını yaşayıblar, amma Fransada, Avropanın digər ölkələrində yaşayan bu diaspor öz lobbiçilik fəaliyyəti ilə öz mövcudluğunu, öz ideyalarını yaşadırlar. Bu ideyaların nəticəsində erməni xalqını qurbana çeviriblər”.
A.Mollazadə qeyd edib ki, bu təşkilatlar yenə də öz oyunlarını oynamağa davam edəcəklər:
“Amma Azərbaycan xalqı, onun müzəffər ordusu və Ali Baş Komandanı bütün beynəlxalq hüquq normaları çərçivəsində problemlərin həllinə nail oldu. Münaqişə bitib. Bu reallıq artıq bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Məsələn, Amerika Birləşmiş Ştatları və Rusiya artıq Minsk qrupundan nümayəndə yox, Cənubi Qafqazda sülh yaratmaq üzrə xüsusi təmsilçiləri təyin edib. Bu onu göstərir ki, münaqişə yoxdur və onların faşist ideyaları məğlub olub. Bu gün Ermənistan bir dövlət kimi mövcud olmağı üçün Azərbaycanla sülh sazişi imzalamalıdır,sərhədləri müəyyənləşməlidir, bölgədə həyata keçirilən layihələrdə iştiraka nail olmalıdır, kommunikasiyalar açılmalıdır. Ermənistan üçün bundan başqa xilas yolu yoxdur”.
İkinci turda Rusiyaya yaxın Le Penin seçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisi Makrona dəstək olacağını bəyan etməsinə gəlincə, parlamentari qeyd edib ki, bu, Fransadakı prezident seçkilərində hansısa erməninin yaşadığı bölgə yox, bütün fransız xalqının iştirak etməsi ilə bağlıdır:
“Ona görə diasporun bu proseslərə ciddi təsir etmə imkanı yoxdur. Sadəcə olaraq, Parlament seçkilərində, bölgələrdə erməni lobbisi və diasporu öz təsirini göstərə bilir. Məsələn, Marsel şəhərinin meri ermənidir, Paris şəhərinin mer müavini ermənidir. Çünki bunların sayı çoxdur və zəngindirlər. Bu səbədən də təşkilatlana biliblər və türk nifrəti ilə yaşayıblar. Lakin Fransa dövlətinə təsir göstərmək imkanlarına malik deyillər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq