
Fuad Abbasov: İran Azərbaycana təzminat ödəməlidir
13:09 27.12.2023
Siyasət
459
Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycanın Baş prokurorlarının görüşünün nəticəsi barədə deyib.
“Bu görüş iki ölkənin münasibətləri prosesində və Azərbaycanın İrandakı səfirliyi məsələsində qalan məsələlərin həlli istiqamətində iki ölkənin səylərinin bir hissəsidir. Proses indiyədək müsbət olub və bu işin bir çox aspektləri həll edilib. Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib. Biz iki ölkə arasında münasibətlərin digər sahələrində də yaxşı hadisələrin şahidi olduq. Ticarət sahəsində də yaxşı danışıqlar aparılıb”, - o qeyd edib.
Nasir Kənaninin sözlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a bildirib ki, Azərbaycan səfirliyinin İranda fəaliyyətə başlaması üçün ilk növbədə sadəcə icraçının deyil, sifarişçinin də tapılıb məsuliyyətə cəlb edilməsi lazımdır:
“Hansısa bir vətəndaşın geoloji cinayət üstündə edam olunduğu İranda başqa bir ölkənin ərazisi sayılan səfirliyə hücum edərək qətl törədən vətəndaşın tutulmasına ciddi yanaşılmır. Bu təqdirdə Tehrandan yeni addımlar da gözləmək olar. Yəni, sözügedən cinayətin səbəkarı, sifarişçisi tutulmadığı müddətə qədər cinayətin yenidən törədilmə ehtimalı var. İran tərəfi səfirliyə yenidən hücum edilməyəcəyi barədə təminat verə bilməz. Tehran hakimiyyəti açıqlamalar səsləndirməklə yanaşı yaxşı olar ki, qanunverçiliyi çərçivəsində fəaliyyət göstərərək cinayətkarları Azərbaycan tərəfini qane edəcək şəkildə cəzalandırsın”.

F.Abbasov dövlətlər arasında olan qaydaya əsasən başqa bir ölkənin vətəndaşına cinayət törətmiş ölkənin təzminat ödəməli olduğunu söyləyib:
“Məsələn, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə zamanı Naxçıvan üzərində vurulan hər bir rus pilotun ailəsinə milyonlarla dollar təzminat ödədi. Amma Orxan Əsgərovun ailəsinə İran tərəfindən təzminat ödənildiyini xatırlamıram. Bunu da tələb etmək lazımdır. Təzminatın miqdarını Azərbaycan müəyyən etməlidir. Sözügedən hallar aradan qaldırıldıqdan sonra Tehranda Azərbaycan səfirliyinin açılması barədə danışmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region