Gələn il Ali Məhkəmənin yaradılmasının 100 illiyi tamam olur
Yusif Nəzərli
12:06 19.12.2022
Siyasət
582
Gələn il Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur.
"Report" xəbər verir ki, bu barədə dekabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin növbəti Plenumunda bildirilib.
Plenumu giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev 2023-cü ildə Ali Məhkəmənin yaradılmasının 100 illiyinin tamam olmasını vurğuluyaraq yubiley münasibətilə cari ilin noyabr ayından silsilə tədbirlərə start verildiyini, qarşıdakı aylarda da müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.
Plenumda “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin həllinə dair arayışın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayışın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Plenumda həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli, 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli, 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Plenumda digər konkret işlərə baxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi