Generalların növbəti Bakı görüşü: Müzakirələr açıq qarşıdurmanı əngəlləyir
Turan
10:33 05.02.2020
Siyasət
853
“Generallların Bakı görüşü ABŞ-Rusiya gərginliyi fonunda keçirilir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın bu görüşə ev sahibliyi etməsi ölkəmizin müstəqil siyasəti, heç bir bloklara qoşulmamaq siyasəti və regionda nüfuzunun artmasından irəli gəlir:
“Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropa komandanlığının rəhbəri Tod Uoltersin Bakı görüşü Amerikanın Avropada keçirəcəyi təlimlərə həsr ediləcək. ABŞ “Avropanın müdafiəsi-2020” təlimləri keçirəcək. Bu təlimlərdə 19 NATO ölkəsinin 37 min hərbiçisi iştirak edəcək. NATO-nun bu təlimləri Avropada son 20 ildə ən böyük geniş miqyaslı hərbi təlimlərdir. Hərbi alyans 20 min kontingenti Polşaya, digər qüvvələri Baltikyanı və Gürcüstana yerləşdirəcək. Göründüyü kimi ABŞ-ın NATO çətiri altında keçirəcəyi təlimlər əsasən Rusiyaya qarşı əzələ nümayişidir. Hazırda Rusiya NATO ilə Şərqi Avropda ciddi qarşı-qarşıyadır və tərəflər maksimum təxribatlardan çəkinmək üşün belə bir görüşlərə ehtiyac duyurlar”.
Analitik bildirib ki, Avropada ümümi təhlükəsizlik problemləri var:
“Rusiya Qərb cəbhəsində öz hərbi qüvvələrini cəmləşdirir. Təbii ki, Kremlin bu demarşları Avropanın müdafiəsini zəruri edir. Məhz bu təhlükəsizlik risklərini önləmək üçün ABŞ-ın keçirdiyi təlimlər Avropanın müdafiəsini təmin etməyə hesablanıb. Generalların Bakı görüşündə Şərqi Avropada vəziyyət, Ukrayna böhranı və NATO-nun Gürcüstanda fəaliyyəti müzakirə ediləcək. Tərəflər maksimum dərəcədə birbirlərinə qarşı təhdidedici manevrlərə yol verməməklə bağlı razılığa gələcəklər. Bu görüşlərin mütəmadi keçirilməsinə baxmayaraq tərəflər arasında münasibətlər kəskinləşir. Sadəcə, belə bir görüşlər açıq qarşıdurmanın qarşısını alır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə