
Güzəştlər Rusiyanı dayandırmayacaq - ŞƏRH
02:40 18.10.2024
Siyasət
309
Putinə Kiyev və bütöv Ukrayna lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə parlamentində açıqladığı “qələbə planı"nın birinci müddəası kimi Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi göstərilib. İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi məsələsi yer alıb. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır. Zelenski bildirib ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər. Bəs dəstəklənməsə, necə olacaq? Bu sualın cavabı yoxdur. Müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi ehtimalı azdır. Bu isə Zelenskinin “qələbə planı”nın əsas bəndidir. Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır. Ukrayna və onun prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var. Zelenskinin “qələbə planı” isə Ukraynadan çox Qərbin üzərinə məsuliyyət qoyur. Yəni göstərməyə çalışır ki, Qərb bu planı dəstəkləməsə, Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, "qələbə planı"nın ana xətti Ukraynaya hərbi yardımların artırılması və Rusiya ərazisinə zərbələrə icazə verilməsidir. Ekspert vurğulayıb ki, planda diplomatik danışıqlar da istisna edilmir:

"Təbii ki, V.Zelenski sülh planını ABŞ və digər tərəfdaş ölkələrə təqdim edib. Bu plan 2025-ci ildə Ukraynanın qələbəsinin təmin edilməsinə hesablanıb. ABŞ sülh planından irəli gələn bəndlərin yerinə yetirilməsi istiqamətində addımlar atacaq. Bu, ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra mümkündür. Hazırda Rusiya ilə Ukrayna arasında hər hansı diplomatik danışıqlar üçün zəmin yoxdur. Yalnız Ukrayna Rusiyanın içərilərinə zərbələr endirməklə və Rusiya qoşunlarını Şərqdə sıxışdırmağa nail olmaqla Kreml danışıqlar masasına əyləşə bilər. Ukraynanın "qələbə planı" mükəmməl olmasa da, Rusiyaya ərazi güzəşti yoxdur. Amma Almaniya və Fransa Ukraynanın ərazi güzəştə gedib, atəşkəsə nail olunmasında maraqlıdır. Məsələ ondadır ki, güzəştlər Rusiyanı dayandırmayacaq. Putinə Kiyev və bütöv Ukrayna lazımdır".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm