Heydər Əliyevin fəaliyyətində milli maraqlar sistemi
12:18 24.05.2024
Siyasət
472
Məşədiyeva Nəzrin
İlk növbədə milli maraqlar anlayışı barədə bir neçə söz demək istərdik.Xüsusilə jurnalistikada geniş işlənən “ milli maraqlar” və ictimai maraqlar anlayışları şəkilcə bir-birinə oxşasada onların arasında ciddi fərq var.Əgər milli maraqlar bir başa ölkənin, dövlətin,millətinmənafeyini nəzərdə tutan istiqamətlərə məsələn dövlət quruculuğu, milli müstəqillik, söz azadlığı və s kimi anlayışları ehtiva edirsə, ictimai maraqlar birbaşa media sisteminə məxsus qurumları əhatə edən oxucu, teletamaşaçı,xəbər saytları istifadəçilərinin marağını təmin edən jurnalist peşəkarlığını nəzərdə tutur.
SSRİ-nin süqutu çağında böyük mübarizə və milli çətinliklərlə qazandığımız müstəqilliyimizin lap ilk illərində ölkəmiz Ermənistanın bizə qarşı torpaq iddiaları ilə bağlı müharibəyə cəlb ediləsi oldu. Ermənistan nəinki iddiasında olduğu Qarabağı hətta Dağlıq Qarabağın ətraf rayonlarını da işğal etdi. Belə bir vaxtda Azərbaycanın milli maraqlar sistemi tamamilə təhlükə altına düşdü. Bu maraqlar sisteminə yenicə əldə olunmuş müstəlliyi qorumaq, işğal altına düşmüş torpaqlarınızı azad etmək,bunun üçün güclü ordu yaratmaq, xalq və hakimiyyət birliyini təmin etmək, dünya siyasi arenasında Azərbaycanın yerini müəyyənləşdirmək və s kimi problemlər daxil idi.Bunları isə hakimiyyətdə olan savadsız qüvvə heç bir vəchlə həll edə bilməzdi. . “Yəni hər bir ölkənin siyasi iqtisadi və mədəni-mənəvi inkişaf strategiyasını müəyyənləşdirən böyük nəzəriyyəçi olmalıdır”. Bütövlükdə bəşəriyyət üçün formalaşmış bu problemi hərtərəfli biliyə,hərtərəfli bacarığa və dünya təcrübəsini mənimsəmiş şəxsiyyət həll edə bilər.
1990-cı illərin əvvəllərində “liderin olmaması,dövlətçilik itiusiyasının olmaması ucundan bir hadisələrin kortəbii axarına düşmüşdük”. Heydər Əliyev şəxsiyyəti olmasaydı nələr baş verərdi ?!
Zəmanəmizin böyük filosofu Səlahəddin Xəlilov bu suala özünün “Lider, dövlət, cəmiyyət” əsərində tutarlı cavab verir. Bu əsərdə Heydər Əliyevin liderlik fəaliyyəti bütün istiqamətləri ilə təqdim olunur. İqtisadiyyatdan tutmuş dövlət təhlükəsizlik xidməti, ordu quruculuğu kimi hər şeyi özündə ehtiva edir. Və qeyd edir ki, “Azərbaycanda dövlətçilik üçün milli müstəqilliyin qorunub saxlanması üçün ən böyük təhlükə dağlıq Qarabağ probleminin hələ də həll olunmamış halda qalmasıdır.
Həqiqətəndə yağı düşmən olan Ermənistan üzərində 44 günlük Vətən müharibəsində ki, qanlı qələbəmizin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Təsadüfi deyildir ki 10 noyabr 2021-ci ildə konstitusiya aktına qol çəkdikdən sonra prezident,Ali baş komandan İlham Əliyev fəxri xiyabanda Heydər Əliyevin qəbri qarşısında qələbəmizin raportunu Ulu Öndərə verdi.
Bütövlükdə ölkəmizin bütün uğurları milli maraqlar sisteminə, diqqətə bağlıdır və bu diqqət prezident Heydər Əliyevin uzaqgörən siyasəti ilə ümumxalq iradəsinə çevrilmişdir. 1990-2021-ci ilə qədər torpaqlarının böyük bir qismi Ermənistanın işğalı altında olan Azərbaycanın milli maraqlar sistemində ilk yer Qarabağ problemi ilə bağlı idi və ona görə də ordu quruculuğuna diqqət hər şeydən öndə getməli idi.Əlbəttə,Azərbaycanın ədəbi- bədii, publisistik fikir tarixində azərbaycançılıq ideologiyasının bir sıra faktını qeyd etmək olar. Təkcə elə Cəlil Məmmədquluzadənin “ Azərbaycan” məqaləsini yada salmaqla məsələyə tarixi baxımdan diqqətin vacibliyini görmək olar. Mirzə Cəlil bu əsərində Azərbaycanın coğrafi sərhədlərini dəqiqləşdirir və böyük ərazidə yaşayanların bir vətəni var- Azərbaycan. Əslində bu məqalədə qoyulan suallar bütün Azərbaycanlı kəslərə aiddir.
“... Vətənin haradır ?
Azərbaycan Vilayətidir”.
Görkəmli ədəbiyyatşunas,akademik İsa Həbibbəyli bu əsəri Azərbaycanın manifesti kimi qiymətləndirmişdir.
Dövlət quruculuğunun milli maraqlar sistemində Azərbaycanın milli təhlükəsizlik siyasəti də prioritet məsələlərdən biridir. Heydər Əliyev bu kontekstdə milli maraqlarımızınəsas parametrlərini müxtəlif çıxışlarında meydana qoymuşdur.
Müasir müstəqil dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın milli maraqları ilə əlaqədar dövlət siyasətini formalaşdırarkən iqtisadi ,siyasi, sosial, coğrafi, mədəni və.s amilləri, daxili siyasi maraqları, beynəlxalq münasibətləri nəzərə alaraq, Heydər Əliyevin milli təhlükəsizliklə bağlı fikir və mülahizələrini əsas tutmaqda güclü, hüquqi, dünya siyasətində sayılıb-seçilən bir Azərbaycan yaratmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya