Hikmət Hacıyev Mirzoyanı İFŞA ETDİ
16:40 13.07.2023
Siyasət
652
"Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil".
“Sherg.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
“Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçünçüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - o vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm