İkinci mərhələ başladı:“Təmaslar intensivləşəcək”
Banuçiçək Kalbalıyeva
12:25 10.11.2020
Siyasət
766
“Əldə etdiyimiz qələbəni dövlət başçısı hüquqi cəhətdən, beynəlxalq aləmin vasitəsilə təsdiqlədi”
“İndi heç kəs Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra ora yerləşdirilən sülhməramlılara etiraz edə bilməz”
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə CNN Türk məlumat yayıb. XİN başçıları telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiyanın iştirakı ilə imzalanan bəyanatdan sonra döyüşlər tamamilə dayandırıldı. Beləliklə, Dağlıq Qarabağ müharibəsinin həlli bundan sonra diplomatik istiqamətdə davam edəcək.
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov nazirlərin telefon danışığı ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb:
“İndi konfliktin həlli istiqamətində ikinci mərhələ başlayıb. Odur ki, belə telefon danışıqları normaldır. Hətta yaxın günlərdə təmasların intensivləşəcəyi də gözlənilə bilər. Biz ərazi bütövlüyümüzü təkcə işğal edilmiş torpaqlarda deyil, bütöv Qarabağda təmin etdik. Və bu, imzalanan bəyanatda öz əksini tapdı. Fikrimcə, belə bir bəyanatın qüvvəyə minməsi ən düzgün qərar idi”.
S. Seyidov, həmçinin sənədin əhəmiyyətindən də danışıb:
“Şuşanın, bir gündə 70 kəndin azad olunması ordumuzun gücündən, peşəkarlığından xəbər verir. Biz ərazilərimizi azad etdik. Ardınca isə sözegədən bəyanatla qələbəmizi əbəliləşdirməklə yanaşı, həm də bu uğuru dünyanın qəbullanmasını təmin etdik. Beynəlxalq strukturları qazandığımız qələbənin altında imza çəkmələrini təmin etmək lazım idi və biz bunu bacardıq.
Həmişə demişəm: Azərbaycan 3 ayrı Ermənistanla mübarizə aparır. Birincisi, məğlub etdiyimiz dövlət, üçüncüsü böyük güclərin əlində oyuncaq olan Ermənistandır. Həmin oyuncağı da dünya güclərinin əlindən aldıq. Amma ikinci- dünyada yayılmış erməniçilik hələ qalıb.
Bu, provokasiya xarakterli yazılar, prezidentimizə verilən suallar, yayılan dezinformasiyalardır. Düşmən dünya güclərini Azərbaycana qarşı qaldırmaqdan ötrü bəhanə axtarırdı. Bir az obrazlı desək, əlini ovuşdururdu. Lakin biz onların bu planlarını da ürəklərində qoyduq. İndi heç kim BMT-nin Qaçqınlar üzrə komitəsinə qarşı çıxa bilməz. İndi heç kəs Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra ora yerləşdirilən sülhməramlılara etiraz edə bilməz.
Deməyim odur ki, hərbi yolla əldə etdiyimiz qələbəni dövlət başçısı hüquqi cəhətdən, beynəlxalq aləmin vasitəsilə təsdiqlədi və dünyaya bəyan etdi. Məsələni soyuqqanlı təhlil edə bilən hər kəs bunu asanlıqla görə, anlaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya