İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
Yusif Nəzərli
06:36 13.05.2025
Siyasət
291
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Sherg.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.
Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.
Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.
Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına bax
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya
İran Yaponiyaya neft satışına başlayır
18:12 03.07.2026
Dünya
Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?
17:55 03.07.2026
Aktual
Almaniya Kansleri Trampa cavab verib
17:42 03.07.2026
Dünya
Ursula fon der Lyayenin mesajı yeni reallığı ortaya qoydu - ŞƏRH
17:41 03.07.2026
Gündəm
Uşaq bağçalarında qida normaları təcili yenilənməlidir
17:20 03.07.2026
Cəmiyyət
Xalqın dəstəyi İlham Əliyevin əsas siyasi gücüdür - Əkbər Qoşalı
17:16 03.07.2026
Gündəm