İndi jirinovskilərin sayı çoxalıb
Yusif Nəzərli
08:43 21.12.2022
Siyasət
501
Rus ekspertlərin açıqlamaları mahiyyət etibarilə heç nəyi dəyişdirmir
"Kreml Bakını ekspert cameəsi üzərindən təhdid edir". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, neft mədənlərini bombalamağa çağıran Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovdan sonra Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov da “Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” açıqlamasını verib:
"Aleksandrov vəzifəsindən uzaqlaşdırılıb. Azərbaycan onu beynəlxalq axtarışa verib. Sivkovla bağlı da eyni addım atıla bilər. Rus ekspertlərin açıqlamaları mahiyyət etibarilə heç nəyi dəyişdirmir, əvəzində “cəzalanırlar”.
Bundan öncə Delyagin də “Bakıya hücum çağırışı”na görə beynəlxalq axtarışa verilmişdi.
Aleksandrovun işdən çıxarılması Kremlin də onları qorumadığı fikrini yaradır və belə təəssürat yaranır ki, “onlar özbaşına danışır, yaxud erməni lobbisi danışdırır”.
Hərçənd, rus ekspertlərin Bakını təhdid etməsinin zamanı xüsusilə diqqət çəkir.
Dövlət Dumasının deputatı Mixail Delyagin bu ilin mart ayında Bakını təhdid edəndə Azərbaycan Ordusu Fərrux əməliyyatını keçirmişdi. Xankəndi yolunda aksiyanın davam etdiyi vaxt Aleksandrovla Sivkov təhdidlər irəli sürdülər.
Bakının Qarabağda Moskvanın marağında olmayan addımlar atanda rus ekspertlərin aktivləşməsi təhdidin arxasında Kremlin dayandığı fikrini gücləndirir.
Bu “ekspertlərin” Rusiya rəhbərliyinə qarşı bəzən tənqidi fikirləri ilə seçilməsi isə onların Kremldən sifariş aldıqları versiyasını zəiflədə bilər. Əslində klassik üslubdur, Jirinovski də Rusiya hakimiyyətinin siyasətini tənqid edirdi.
Amma həm də “təhdid dili” olaraq istifadə olunurdu. İndi jirinovskilərin sayı çoxalıb. Görünür, onun “postu” uğrunda da mübarizə gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi