"İndi Rusiya dövlətinin qarşısında böyük bir dilemma var..." - ŞƏRH
12:06 13.03.2022
Siyasət
499
"Putin Ukraynadakı gedişatlara özünü qalib kimi göstərməklə nöqtə qoymaq istəyir. Ancaq Rusiya hər keçən gün Ukrayna qarşısındakı tələblərini ağırlaşdırır"
“Dünya siyasətinin mətninə redaktələr edilməsi strategiyasını yürüdənlərin beyinləri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin necə olacağına dair suallarla doludur”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, müharibənin yekununun hansı mənzərə yaradacağından asılı olmayaraq Rusiya prezidenti Vladimir Putinin bu nəticələri necə təqdim edəcəyi maraq doğurur:
“Yəni, imperiya ənənələrini davam etdirən Rusiya dövlətinin qarşısında böyük bir dilemma dayanır. Bir tərəfdən ictimai rəyi iqtisadi böhranın dərin təsirlərini həzm etməyə inandırmaq məsuliyyəti, digər yandan isə hərb meydanındakı döyüşlərə və bəzi uğursuzluqlara adekvat cavablardan uzaq mövqeni yedirtmək. Axı Rusiya, xüsusilə də Vladimir Putinin prezidentliyi dövründə özünün qüdrətinə dair beynəlxalq imic formalaşdırmağa çalışıb və bu işə böyük sərmayə qoyub - əsasən də silahlara pul xərcləyib. Qısası, Vladimir Putin Ukraynadakı gedişatlara özünü qalib kimi göstərməklə nöqtə qoymaq istəyir. Ancaq Rusiya hər keçən gün Ukrayna qarşısındakı tələblərini ağırlaşdırır – tərəflərin XİN başçıları Sergey Lavrov və Dmitri Kulebanın Antalyadakı danışıqlarının nəticəsiz qalması da bunun əyani sübutudur. Bu arada, Ukrayna mətbuatında Kremlin Kiyev qarşısında daha bir tələb qoymasına dair məlumat yayılıb. Moskva Ukraynada rus dilinin ikinci dövlət dili olmasına cəhdlər edir. Ukraynanın özünümüdafiə refleksindən irəli gələn müqaviməti Rusiya hərbi-siyasi rəhbərliyinin sinir sistemini gərir, vəziyyətin qəlizləşməsi Rusiyanı daha da aqressivləşdirir. Buna görə də, Rusiya yeni taktikaya müraciət edir. Məsələn, Kiyevdən şimal-qərbdə, 64 kilometrdən çox uzanan Rusiya hərbi karvanının yerdəyişmə edərək ətraf əraziyə dağılması Ukrayna üçün yeni ağır döyüşlər olacağı anlamını verir”.
A.Kərimov qeyd edib ki, Rusiya qoşunları meşəlik əraziyə səpələnib. Bu o deməkdir ki, güclü artilleriya və raket zərbələrindən sonra meşəlik ərazilərdəki bölmələr hücuma keçəcək:
“Rusiya taktiki bicliyə əl atır, meşəlik ərazi Ukrayna ordusunun dəqiq zərbələr endirmək potensialını azaldır. Çünki ən azından nəzərə almaq lazımdır ki, meşəlik sahədə mövqelənmə digər tərəf üçün müşahidə məhdudiyyəti yaradır. Bununla belə, Ukrayna tərəfində də tələli taktikalar mövcud ola bilər, üstəgəl, Rusiya hərbçiləri meşəlik ərazidən çıxsalar belə, onları şəhər döyüşləri gözləyir ki, onların da belə hallar üçün uğurlu təcrübəsi mövcud deyil - ən azından Ukrayna təcrübəsində. Buna görə də, döyüş meydanındakı kursun nəticələri diplomatiyaya da təsir göstərəcək. Rusiya-Ukrayna müharibəsinin dinamikası tərəflərin danışıqlar zamanı əldə edəcəyi üstünlüyü və ya zəifliyi təmin edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou