İqor Korotçenko: “Azərbaycanın ərazi bütövlüyünə qarşı bəyanatlar qəbuledilməzdir”
Yusif Nəzərli
11:25 19.12.2022
Siyasət
482
“Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan istənilən bəyanat rəsmi Moskva ilə Bakı arasında əsas razılaşmalara ziddir”.
Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Məlum olduğu kimi, Rusiya ilə Azərbaycan arasında münasibətlər ilk növbədə ölkələrimizin prezidentlərinin imzaladıqları əsas sənədlərə əsaslanır. Bunlardan biri isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamədir. Odur ki, Rusiya media məkanında həm Azərbaycanın ərazi bütövlüyünə qəsdlə bağlı çağırışlar, həm də Rusiyadakı bəzi xəstə təfəkkürlü insanların Azərbaycana qarşı tələb etdikləri qeyri-dost hərəkətlərlə bağlı istənilən bəyanat, şübhəsiz ki, bu əsas razılaşmalara ziddir”, - ekspert deyib.
O vurğulayıb ki, təxribat xarakterli çağırışları dəstəkləmək əks-effekt verir:
“Hesab edirəm ki, bəzi personajlar “Rusiya Qarabağdakı separatçıları dəstəkləmək üçün Azərbaycanın neft-qaz strukturunun əsas obyektlərinə zərbələr endirməlidir” fikirlərini səsləndirdikdən sonra Rusiya hüquq-mühafizə orqanları və strukturları buna reaksiya verməlidirlər. Çünki bu, əslində beynəlxalq terrorizmə çağırışdır. Təxribat xarakterli çağırışları paylaşmaq, hətta dəstəkləmək əks-təsir verir”.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına görə vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi