“İran hakimiyyətində Azərbaycana münasibətdə fikir ayrılıqları var”
Yusif Nəzərli
13:06 25.10.2021
Siyasət
1099
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İran və Azərbaycan müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir. İranlı nazir bu barədə Tviter hesabında yazıb.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.
İranın Azərbaycanla münasibətləri bilərəkdən gərginləşdirdiyini qeyd edən Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, rəsmi Tehran sanki ölkəmizin əsəbləri ilə oynayırdı:
“Çünki İranın iddia etdiyi məsələlərin heç biri həqiqəti əks etdirmirdi. Hadisələr göstərdi ki, hətta İran hakimiyyəti daxilində Azərbaycanla məsələlərə münasibətdə fikir ayrılıqları var. Bəlli idi ki, dövlətimiz İrana olan qonşuluq münasibətindən imtina etmir. H.Ə.Abdullahianın verdiyi bəyanat iki ölkə arasında diplomatik münasibətlərin və siyasi-iqtisadi əlaqələrin gələcəkdə inkişaf etməsi baxımından normal hesab oluna bilər. Fikrimcə, İran tərəfi ölkə daxilində gərginliyin yaranmasına səbəb olan insanları cəzalandırsa, yaxşı olar ki, perspektivdə başqa qonşularla münasibətlərdə belə hallar baş verməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynadan təzminat tələb etdi
23:42 28.07.2026
Gündəm
İran XİN: Dialoqun başlanması təşəbbüsü ABŞ-dən gəlib
23:23 28.07.2026
Region
"Rusiya hələ də Qarabağ mövzusundan əl çəkmir" - Professor
23:02 28.07.2026
Gündəm
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya